BMT-dəki səfir: Sülhə təhlükə Karakasdan deyil, ABŞ-dan gəlir
Tarix: 24-12-2025 07:48 | Bölmə: Siyasət

BMT-dəki səfir: Sülhə təhlükə Karakasdan deyil, ABŞ-dan gəlir

BMT Təhlükəsizlik Şurasının iclasında Venesuela təmsilçisi Samuel Monkada bəyan edib ki, sülhə təhlükə Karakasdan deyil, ABŞ hökumətindən gəlir.

Reyting.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Diplomatın bəyanatı ABŞ-nın daimi nümayəndəsi Mike Valtsa cavabıdır. O, əvvəllər Venesuela prezidenti Maduronun siyasətini region üçün “həddindən artıq təhlükə” adlandırmışdı.

Qeyd edək ki, Birləşmiş Ştatlar potensial hərbi əməliyyatlar üçün imkanlarını genişləndirərək, Karib regionuna xeyli sayda xüsusi təyinatlı təyyarə, qoşun və texnika yerləşdirib. Ötən həftə ABŞ prezidenti Donald Tramp Venesuelaya gedən, sanksiyaya məruz qalan neft tankerlərinin “tam və hərtərəfli blokadaya alındığını” elan edib.

E. KAMAL





Bölməyə aid digər xəbərlər