Paşinyan: Türkiyə ilə münasibətlərdə daha konkret addımlar atılmalıdır
Tarix: 25-12-2025 19:09 | Bölmə: Siyasət

Paşinyan: Türkiyə ilə münasibətlərdə daha konkret addımlar atılmalıdır

Türkiyə ilə ikitərəfli dialoqda simvolik və simvolikdən daha çox addımların atılmasının vaxtı gəlib çatıb.

Reyting.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, daha geniş, konkret addımlar atılmalıdır. Paşinyan bu addımların atılacağına ümid etdiyini bildirib.

O, prezident Ərdoğanın əvvəllər bildirdiyi kimi, Türkiyənin 2026-cı ildə simvolik addımlar atmağa hazır olduğunu alqışlayıb.

ELÇİN





Bölməyə aid digər xəbərlər