Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 26-12-2025 11:40 | Bölmə: Siyasət

Gələn ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkiləri Azərbaycan üçün maraqlıdır.
Reyting.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ilin yekunlarına dair hesabatı təqdim edərkən danışıb.
O, həmçinin qeyd edib ki, Azərbaycana qarşı müxtəlif platformalarda qarayaxma kampaniyası aparılır:
"Aktiv şəkildə beynəlxalq media qurumları ilə işləyirik. Lakin bəzi problemlərlə üzləşirik. Belə ki, bəzi qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyalarına davam edir, məqalələr dərc olunur. Guya ki, bizim sülh prosesi təkcə Azərbaycanın maraqlarına hədəflənib".
F.Şəfiyev gələn il baş verəcək hadisələrə diqqət çəkərək bildirib ki, iyun ayında Ermənistanda seçkilər olacaq:
"Bu hadisə bizim üçün maraqlıdır. Biz bəzi addımlarım atılmasını gözləyirik. ABŞ-nin vasitəçiliyi ilə aramızda olan danışıqlar önəmlidir".
Sədr əlavə edib ki, ABŞ ilə münasibətlərdə Strateji Tərəfdaşlıq Xartiyası, 907-ci düzəliş Azərbaycan üçün çox vacib məsələlərdir:
"Ümid edirik ki, Avropa İttifaqı (Aİ) ilə münasibətlərdə də yeni mərhələ açılacaq. Bəzən müəyyən problemlərlə üzləşirik. Buna nümunə Ermənistanla Aİ arasında imzalanan sənəddə Azərbaycan əleyhinə fikirlərin yer almasıdır"(report).
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər