Tramp–Putin telefon danışığının təfərrüatları açıqlanıb
Tarix: 29-12-2025 07:49 | Bölmə: Siyasət

Tramp–Putin telefon danışığının təfərrüatları açıqlanıb

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə görüşdən əvvəl Vladimir Putinlə bir neçə məsələni müzakirə edib.

Reyting.az xarici mediaya istinadla xəbər verir ki, budəfəki söhbət ABŞ liderinin təşəbbüsü ilə təşkil olunub.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə Putinin Trampla telefon danışığının təfərrüatlarını açıqlayıb: “Söhbət 1 saat 15 dəqiqə davam etdi və mehriban, səmimi, işgüzar amtmosferdə keçdi. Görüş Ukrayna münaqişəsinin sülh yolu ilə davamlı həllinə doğru irəliləməkdə qarşılıqlı maraqla səciyyələnirdi”.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər