Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 29-12-2025 11:32 | Bölmə: Siyasət

Xəbər verdiyimiz kimi, sabiq təhsil naziri Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsindən uzaqlaşdırılıb.
Məlumata görə, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu ləğv edilərək, onların bazasında vahid Riyaziyyat İnstitutu yaradılıb.
Yeni yaradılmış instituta direktor əvəzi vəzifəsinə texnika elmləri doktoru Elxan Səbziyev təyin edilib. Bununla da, ləğv olunan Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov vəzifəsini itirmiş olub.
Reyting.az xəbər veirr ki, Globalinfo.az məsələ ilə bağlı Misir Mərdanovla əlaqə yaradıb.
O bildirib ki, hələ rəsmi əmr olmasa da, faktiki olaraq vəzifəsindən uzaqlaşdırılıb: “Bir müddət əvvəl Akademiyadan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş elmi-tədqiqat institutlarının fəaliyyətinin optimallaşdırılması məqsədilə iki-üç institutun birləşdirilməsi qərara alındı. O cümlədən, Riyaziyyat və Mexanika İnstitutu ilə İdarəetmə Sistemləri İnstitutunun birləşdirilməsi, hər iki qurumun fəaliyyətinin dayandırılması və onların bazasında yeni Riyaziyyat İnstitutunun yaradılması barədə qərar qəbul olundu. Uzun müddətdir gözləyirdik ki, proses necə baş tutacaq, kim gələcək, kim gedəcək. Nəhayət, cümə günü (dekabrın 25-də) Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən mənə zəng etdilər və institutun icraçı direktoru vəzifəsinə bir nəfərin təyin olunduğunu, müvəqqəti olaraq direktor vəzifəsini onun icra edəcəyini bildirdilər. Həmin şəxsi qəbul edib təhvil-təslim sənədlərinə imza atmalı olduğum deyildi. Mən də onu qəbul etdim. Bu şəxs Bakı Dövlət Universitetində işlədiyim dövrdə oranı bitirmiş 66 yaşlı texnika elmləri doktoru, tanıdığım biridir. Bu gün təhvil-təslim prosesi yekunlaşacaq”.
Sabiq nazir bundan sonra hansı fəaliyyətlə məşğul olacağına da aydınlıq gətirib:
“Qeyd edim ki, universitetdə kafedra müdiriyəm. Minimum halda bu fəaliyyətimi davam etdirəcəyəm. Artıq 13 ildir burada çalışıram. Eyni zamanda gələn il 80 yaşım tamam olacaq. Başqa xüsusi səbəb görmürəm. Yeni institut yaradılıb və bu baxımdan yeni rəhbər təyin olunmasını normal qarşılayıram”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər