Ərdoğan: Türkiyə terrorla mübarizəni davam etdirəcək
Tarix: 30-12-2025 08:20 | Bölmə: Siyasət

Ərdoğan: Türkiyə terrorla mübarizəni davam etdirəcək

Türkiyə lideri Rəcəp Tayyib Ərdoğan İŞİD-ə qarşı əməliyyat zamanı polis əməkdaşlarının həlak olması ilə bağlı başsağlığı verib.

Reyting.az bildirir ki, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.

İŞİD terror təşkilatına qarşı əməliyyat zamanı Türkiyənin təhlükəsizlik qüvvələri əməkdaşlarının həlak olması ilə bağlı yayılan açıqlamasında Ərdoğan ölkənin sabitliyini və təhlükəsizliyini təhdid edən terror təşkilatlarına qarşı barışmaz mübarizəni davam etdirəcəklərini bildirib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər