Ukrayna PUA-ları Putinin iqamətgahına hücum edib
Tarix: 30-12-2025 08:46 | Bölmə: Siyasət

Ukrayna PUA-ları Putinin iqamətgahına hücum edib

Ukraynaya məxsus kamikadze pilotsuz uçuş aparatları (PUA) Zaporojye Atom Elektrik Stansiyasının ərazisində vurulub.

Reyting.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov danışıb.

Bundan başqa, Ukrayna Rusiya prezidentinin Novqorod vilayətindəki iqamətgahını PUA-larla vurmağa çalışıb. “Ötən gecə Kiyev Rusiya prezidentinin Novqorod vilayətindəki iqamətgahına 91 pilotsuz uçuş aparatından istifadə edərək hücum həyata keçirib”,- deyən S. Lavrov əlavə edib ki, Kiyev rejiminin son olaraq terroru dövlət siyasətinə çevirməsi nəzərə alınaraq, Rusiyanın danışıqlardakı mövqeyinə yenidən baxılacaq.

E. KAMAL





Bölməyə aid digər xəbərlər