Prezident və xanımı Nyu-York həbsxanasına aparılıblar - Foto
Tarix: 04-01-2026 09:06 | Bölmə: Siyasət

Prezident və xanımı Nyu-York həbsxanasına aparılıblar

ABŞ tərəfindən saxlanılan Venesuela prezidenti Nikolas Maduro Nyu-Yorka gətirilib.

Reyting.az xəbər verir ki, Ağ evin mətbuat xidməti Narkotiklərlə Mübarizə İdarəsinin Nyu-York ofisində Nikolas Maduronun görüntülərini yayıb.

Yayımlanan videoda Maduronun agentlərin nəzarəti altında dəhlizdə əlləri qandallı getdiyi görünür.

Bu görüntülər Venesuela prezidentinin Nyu-Yorka gətirilidiyinin ilk rəsmi sübutudur.

"NBC News" isə bildirir ki, Venesuela liderinin yanvarın 5-də Manhetten federal məhkəməsində narkotik və silah qaçaqmalçılığı ittihamları ilə hakim qarşısına çıxarılacağı gözlənilir.

Onu da qeyd edək ki, CNN-nin öz mənbələrinə istinadla yaydığı məlumata görə, Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Nyu-Yorkun Bruklin şəhərindəki həbsxanaya aparılıblar.





Bölməyə aid digər xəbərlər