Maduro və həyat yoldaşı məhkəməyə gətiriliblər
Tarix: 05-01-2026 19:28 | Bölmə: Siyasət

Maduro və həyat yoldaşı məhkəməyə gətiriliblər

ABŞ hərbçiləri tərəfindən tutulan Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Cilia Flores Nyu-Yorkda məhkəməyə gətiriliblər.

Reyting.az “Guardian” qəzetinə istinadla xəbər verir ki, onlar Manhettendəki Daniel Patrik Moynihan Rayon Məhkəməsinə aparılıblar.

Maduro həbsxana paltarında, əlləri qandallı, mühafizəçilərin əhatəsində və zirehli maşında gətirilib. Maduro və həyat yoldaşının həbsxana binasından vertolyotla aparıldığı da məlumdur.

İttihamlar ABŞ-da narkotik ticarətinin təşkili ilə bağlıdır. İttihamnamədə Nikolas Maduro və digər Venesuela liderlərinin 25 ildən çox müddət ərzində “ictimai etimad mövqelərindən sui-istifadə edərək və bir vaxtlar qanuni olan qurumları korrupsiyalaşdıraraq ABŞ-a tonlarla kokain idxal etdikləri” iddia olunur.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər