Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 05-01-2026 23:59 | Bölmə: Siyasət

Venesuelanın saxlanılaraq ABŞ-a aparılmış prezidenti Nikolas Maduro və həyat yoldaşı Silía Flores Nyu-Yorkda hakim qarşısına çıxarılıblar. İlk iclas 30 dəqiqə davam edib. Məhkəmə prosesi haqqında rəsmi açıqlama verilməsə də, CCN kanalı mənbələrinə istinadla prosesin qısa xronikası ilə bağlı məlumat paylaşıb.
Reyting.az xəbər verir ki, hakim iclası açıb və Nikolas Maduro ayaqları qandallı zala gətirilib. O, masa arxasında həyat yoldaşından bir stul aralı əyləşdirilib.
Hakim: Təsdiq edin ki, siz Nikolas Madurosunuz.
Maduro: Təsdiq edirəm, mən Nikolas Maduroyam - Venesuela prezidentiyəm.
Hakim: Bunu müzakirə etmək üçün hələ vaxt və yer olacaq. Hazırda yalnız bir sual maraqlıdır: siz Nikolas Madurosunuz?
Maduro: Bəli.
Hakim (ittiham aktını oxuyur): Təqsirinizi etiraf edirsinizmi?
Maduro: Mən günahsızam. Mən ləyaqətli insanam. Mən hələ də, öz ölkəmin prezidentiyəm.
Silía Flores: Mən Venesuela Respublikasının birinci xanımıyam. Mən günahsızam, tamamilə günahsızam.
Hakim: Sizin Venesuela konsulu ilə görüşmək hüququnuz var.
Maduro və Flores: Bunu bilirik və bu hüquqdan istifadə etmək istəyirik.
Müdafiə tərəfinin vəkilləri: Bu gün girovla azad olunma ilə bağlı vəsatət verməyəcəyik. Bunu daha sonra edəcəyik.
Maduronun vəkili: Biz çoxlu vəsatətlər qaldıracağıq. Müvəkkilim suveren dövlətin başçısıdır və müvafiq imtiyazlar, eləcə də toxunulmazlıq hüququna malikdir. Onun qaçırılmasının qanuniliyi məsələsi var. Həmçinin sağlamlıq problemləri mövcuddur.
Floresin vəkili: Müvəkkilim qaçırılma zamanı ciddi xəsarətlər alıb. Ona tibbi müayinə lazımdır.
Hakim: Növbəti iclas 17 mart tarixinə təyin edilir.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər