Ərdoğan: Türkiyə Venesuela xalqına dəstək verəcək
Tarix: 06-01-2026 09:32 | Bölmə: Siyasət

Ərdoğan: Türkiyə Venesuela xalqına dəstək verəcək

“Türkiyə dost Venesuela xalqına firavanlıq, sülh və inkişaf uğrunda mübarizəsində dəstək verəcək”.

Reyting.az “Anadolu” agentliyinə istinadla bildirir ki, bunu Ankarada Nazirlər Kabinetinin iclasından sonra media qarşısına çıxan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri bəyan edib ki, siyasi baxışlarından asılı olmayaraq, ölkənin 87 milyonluq əhalisi və türk xalqı potensial təhlükələr qarşısında həmrəydir.

“Türkiyəyə, ölkənin əmin-amanlığına, təhlükəsizliyinə, rifahına gəlincə, fikir ayrılıqlarımızı bir kənara qoyub daha sıx birləşəcəyik. Bölgəmizi qeyri-sabitlik və xaos zonasına çevirməyə çalışanların oyunlarına boyun əyməyəcəyik”,- deyə Ərdoğan əlavə edib.

E. KAMAL





Bölməyə aid digər xəbərlər