Azərbaycanda bu qəzet və jurnal bağlanıb 
Tarix: 07-01-2026 11:47 | Bölmə: Siyasət

Azərbaycanda bu qəzet və jurnal bağlanıb 

Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus “Mülkiyyət” qəzetinin və “Daşınmaz Əmlak Bülleteni” jurnalının fəaliyyəti ilə bağlı hüquqi prosedurlara başlanılıb.

Qəzet və jurnalın təsisçisi “Daşınmaz Əmlak Bülleteni və Mülkiyyət qəzeti” MMC ləğv olunduğunu elan edib.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerləşdiyi ünvana – Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr., ev 139, mənzil 139 ünvanına təqdim edə bilərlər.

Əmlak Məsələləri Dövlət Xidmətindən isə bildirilib ki, qəzet və jurnal uzun müddətdir çap olunmur: “Hazırda bununla bağlı müvafiq hüquqi prosedurlar həyata keçirilir”/oxu.az





Bölməyə aid digər xəbərlər