Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 07-01-2026 12:10 | Bölmə: Siyasət

"2010-cu ildə Sankt-Peterburqdakı “Usadba” restoranının parkinqində Rusiya vətəndaşı olan bir nəfər azərbaycanlı digər 3 nəfər tərəfindən beysbol dəyənəkləri ilə vəhşicəsinə döyülür. Təsadüf nəticəsində orada olan milis əməkdaşları onu ölümdən xilas edir. Həmin şəxs deputat Razi Nurullayevin qardaşı, bu günlərdə Dubayda oğluna dəbdəbəli toy edən Hasil Nurullayev idi".
Reyting.az xəbər verir ki, bu barədə məlumatı Cavanşir Həsənli sosal media hesabında yazıb.
O bildirib ki, deputatın qardaşını vaxtılə arvadının əmisi ölümcül döydürüb: "İstintaqın versiyasına görə, Hasil Nurullayevin onun qətlini sifariş edən İlham Oruc oğlu Əliyevə böyük məbləğdə borcu olub.
Hadisə ilə bağlı “Qrup halında əvvəlcədən əlbir olaraq qətlə cəhd” maddəsi ilə cinayət işi qaldırılır. Hadisədən sonra Hasil Nurullayev xaricə qaçır. Dövlət orqanlarına məktublar yazaraq, “İlham Oruc oğlundan qorunmasını” xahiş edir.
Kimdir İlham Oruc oğlu Əliyev? Hasil Nurullayevin həyat yoldaşının əmisidir.
Sonradan onlar barışırlar və cinayət işi illərlə bağlı qalır. Lakin son illərdə Razi Nurullayevin qardaşını qətlə yetirmək cəhdində şübhəli bilinən icraçılardan biri tutulur. O, sifarişçi kimi İlham Oruc oğlu Əliyevin adını çəkir. Bundan sonra Nurullayev şahid və zərərçəkən qismində istintaqa cəlb edilir. İllərlə davam edən istintaq və məhkəmə işi ötən ilin avqustunda başa çatır və Hasil Nurullayevin həyat yoldaşının əmisi “adam öldürməyə cəhd” maddəsi ilə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il yarım müddətinə azadlıqdan məhrum edilir.
Razi Nurullayevin qardaşları Hüseyn və Hasil Nurullayevlər və Dubayda toyu olan qardaşı oğlu Şahin Nurullayev 20 ildən bəridir ki, Sankt-Peterburqda əmlak və tikinti biznesilə məşğuldurlar, “Perspektiva”, “Alternativa”, “Yelizaveta”, “Orion”, “Munir”, “Olimp-Finans”, “Asset", “Yabloko”, “Avrora”, “Merkuri”, “Şans”, “Rik” kimi çoxsaylı şirkətlərə sahibdirlər”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər