Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 07-01-2026 15:28 | Bölmə: Siyasət

Azərbaycan Milli QHT Forumu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova açıq məktub ünvanlayıb.
Reyting.az APA-ya istinadən xəbər verir ki, açıq məktub Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin AZAL təyyarəsi insidentinə dair Azərbaycanın Baş prokuroruna ünvanladığı, mediada ictimailəşmiş məktubu ilə əlaqədardır.
“Biz – sıralarında yüzlərlə Azərbaycan QHT-sini birləşdirən Azərbaycan Milli QHT Forumu olaraq, sizə Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin AZAL təyyarəsi insidentinə dair Azərbaycanın Baş prokuroruna ünvanladığı, mediada ictimailəşmiş məktubu ilə əlaqədar müraciət edirik.
Azərbaycan ictimaiyyətinin 2024-cü il dekabrın 25-də Qroznı səmasında “Pantsir-S1” hava hücumundan müdafiə kompleksindən buraxılan raketlərlə vurulmuş AZAL təyyarəsi ilə bağlı Rusiyanın istintaq orqanlarının günahkarları müəyyən edərək onlara ən ağır cəza kəsməsini gözlədiyi bir vaxtda, A.Bastrıkinin bu cinayət işinə xitam verildiyini elan etməsi anlaşılmaz və qəbuledilməzdir.
Bütün fotofakt və videosübutları heçə sayaraq təyyarənin guya əlverişsiz hava şəraiti səbəbindən Qroznıya eniş edə bilmədiyini iddia etmək hadisədə ölən və yaralanan günahsız insanların qanını batırmaq, onlara atəş açanları alqışlamaq deməkdir. Azərbaycan ictimaiyyəti bunu dərin hiddətlə qarşılayır və rədd edir.
Bastrıkinin ört-basdır etməyə çalışdığı qanlı insident Azərbaycan xalqı üçün milli qürur məsələsidir. Biz susmayacağıq. Rusiya tərəfi Azərbaycandan üzr istəməklə, məsələni bağladığını düşünürsə, kökündən yanılır. Ortada olan qanlı cinayət faktı etiraf edilməli, günahkarların hər biri cinayət məsuliyyətinə cəlb olunmalı və Azərbaycan dövlətinə, zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödənilməlidir. Beynəlxalq təcrübə və normal insani davranış yalnız bunu tələb edir.
Mülki təyyarənin vurulması Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasına əsasən qadağandır. Bastrıkinin məktubu yenə də Çikaqo Konvensiyasına, xüsusən onun “Təyyarə insidentləri və onların araşdırılması” adlı 13 nömrəli Əlavəsinə ziddir. Bu faciə ört-basdır edilməməli, əksinə, onun tam araşdırılması üçün bütün zəruri tədbirlər həyata keçirilməlidir.
Aleksandr Bastrıkinin məktubunun mahiyyəti Rusiya Prezidenti Vladimir Putinin məsələ ilə bağlı səsləndirdiyi mövqedən açıq şəkildə fərqlənir və faktiki olaraq məsuliyyətdən boyun qaçırmağa hesablanmaqla, hüquqi və siyasi təxribatdır. 2025-ci il oktyabrın 9-da Düşənbədə Vladimir Putin AZAL təyyarəsinin vurulması ilə əlaqədar Rusiyanın hava hücumundan müdafiə sistemində texniki nasazlıqların olduğunu etiraf etmiş, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şeyin ediləcəyini və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini bildirmişdi.
Cənab səfir, bizə cavab verin: Rusiyanın bu məsələdə rəsmi mövqeyini kim ifadə edir: Prezident Vladimir Putin, yoxsa İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin? Azərbaycan Milli QHT Forumunun İdarə Heyətini qəbul etməyinizi, sualımıza cavab verməyinizi gözləyirik”, - məktubda qeyd edilib.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər