Alman biznesmen NATO-nun sonunu proqnozlaşdırıb
Tarix: 13-01-2026 09:18 | Bölmə: Siyasət

Alman biznesmen NATO-nun sonunu proqnozlaşdırıb

ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı iddialarına görə Avropa ilə Vaşinqton arasında yaranan gərginlik NATO-nu məhv edir.

Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bunu “X” sosial platformasında Kim Dotkom təxəllüsü ilə tanınan alman iş adamı – “Megaupload” və “Mega fayl” paylaşma xidmətlərinin təsisçisi Kim Şmits bildirib.

Şmits qeyd edib ki, ada ətrafındakı vəziyyət Avropa liderlərinin Trampa nifrət etməsinə və ona qarşı çıxmasına səbəb olub: “Qrenlandiya NATO-nu sonuna aparan ən qısa yoldur”.

E. KAMAL





Bölməyə aid digər xəbərlər