Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 16-01-2026 14:23 | Bölmə: Siyasət

ABŞ ordusunun gizli razılaşma yolu ilə “Havana sindromu” kimi tanınan və sirli sağlamlıq problemləri yaradan silah əldə etdiyi iddia olunur.
Reyting.az xəbər verir ki, iddialara görə, ABŞ Müdafiə Nazirliyinin son bir il ərzində gizli əməliyyat çərçivəsində satın aldığı bir cihazı sınaqdan keçirib.
Rəsmi sənədlərdə “anormal sağlamlıq halları” kimi təqdim edilən “Havana sindromu”nun səbəbi ilə bağlı hələ də qəti fikir yoxdur. Bununla belə, uzun müddətdir enerji əsaslı hücumlar və xüsusi texniki cihazdan istifadə ehtimalı müzakirə olunur.
“CNN International”a danışan mənbələrin bildirdiyinə görə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin Daxili Təhlükəsizlik Təhqiqatları (HSI) bölməsi sözügedən cihazı Bayden administrasiyasının son günlərində satın alaraq Müdafiə Nazirliyinə təhvil verib.
“Mirror” qəzetinin məlumatına əsasən, cihaz impulslu radio dalğaları istehsal edə bilir, qismən Rusiya mənşəli ola bilər və çantaya sığacaq qədər kiçik ölçüyə malikdir.
“Havana sindromu” ilk dəfə 2016-cı ildə Kubanın Havana şəhərində çalışan ABŞ və Kanada rəsmilərində müşahidə olunub. Sindrom səsə qarşı həssaslığın artması, güclü baş ağrıları, görmə pozğunluqları, qan qusma, yaddaş problemləri, diqqət çatışmazlığı və tinnitus kimi nevroloji əlamətlərlə diqqət çəkib.
Əvvəlcə bu halların Rusiya və ya Kuba hökumətləri ilə əlaqəli olduğu iddia edilsə də, bu ilin əvvəlində eyni tip cihazın Venesuelada Maduro ilə bağlı əməliyyat zamanı da istifadə edildiyi ehtimal olunur. Həmin əməliyyatdan sonra Venesuela təhlükəsizlik qüvvələri arasında başgicəllənmə və qan qusma hallarının artdığı bildirilir.
Cihazın sınaqlarının davam etdiyi və “Havana sindromu”nun mövcudluğu ilə bağlı ABŞ hökuməti daxilində müzakirələrin aparıldığı qeyd olunur. Özlərini bu sindromun qurbanı sayan bəzi şəxslər isə son məlumatları iddialarının təsdiqi kimi qiymətləndirirlər.
2017-ci ildə oxşar hücuma məruz qaldığını deyən keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Mark Polimeropulos bildirib ki, əgər bu cihazın doğrudan da “Havana sindromu”na səbəb olduğu sübuta yetirilərsə, ABŞ hökuməti bütün qurbanlardan rəsmi şəkildə üzr istəməlidir.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər