Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 16-01-2026 17:38 | Bölmə: Siyasət

Belarusun daxili işlər naziri milis general-leytenantı İvan Kubrakovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Daxili İşlər Nazirliyindən Reyting.az-a bildirilib ki, nazir İvan Kubrakov və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar.
Daha sonra Zəfər parkına gələn qonaqlar Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbəni simvolizə edən Zəfər abidəsi önünə əklil qoyaraq şəhidlərə ehtiramlarını bildiriblər.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov belaruslu həmkarı və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə V.Eyvazov Belarusla hüquq-mühafizə fəaliyyəti sahəsində əməkdaşlıqdan danışaraq, transmilli mütəşəkkil cinayətkarlığın əsas növləri olan narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıqla mübarizənin diqqət mərkəzində saxlanıldığını, bu istiqamətlərdə səmərəli nəticələrin birgə səylərlə mümkün olduğunu vurğulayıb.
Tərəfləri maraqlandıran bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Belarus Respublikasının daxili işlər naziri milis general-leytenantı İvan Kubrakov səmimi görüşə və göstərilən qonaqpərvərliyə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib.
Sonda nazirlər qarşılıqlı fəaliyyət haqqında protokol imzalayıblar.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər