Azərbaycan XİN İspaniyaya başsağlığı verib
Tarix: 19-01-2026 10:49 | Bölmə: Siyasət

Azərbaycan XİN İspaniyaya başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İspaniyada 39 nəfərin ölümü ilə nəticələnən  qatar toqquşması faciəsi ilə bağlı Madrid hökumətinə başsağlığı verib.

Reyting.az xəbər verir ki, başsağlığında deyilir: "İspaniyanın Kordova şəhərində baş verən və çox sayda insanın həyatına son qoyan, yaralanmalara səbəb olan faciəvi qatar toqquşması xəbərindən dərindən kədərlənirik.

Həlak olanların ailələrinə və İspaniya xalqına ürəkdən başsağlığı veririk. Yaralılara tezliklə sağalmağı arzu edirik"





Bölməyə aid digər xəbərlər