Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 19-01-2026 12:02 | Bölmə: Siyasət

“Qrenlandiyadakı Rusiya təhlükəsini aradan qaldırmağın vaxtı çatıb. Danimarka son 20 ildə onu neytrallaşdıra bilməyib”.
Reyting.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp özünün sosial media hesabı olan “Truth Social”da yazıb.
O qeyd edib ki, vəziyyət təcili həll tələb edir və bu, tezliklə təmin olunacaq.
“NATO 20 ildir Danimarkaya deyir ki, Qrenlandiyadan Rusiya təhlükəsini aradan qaldırmalısınız. Təəssüf ki, Danimarka bu barədə heç nə edə bilməyib. İndi vaxtdır və bu, ediləcək”,- ABŞ prezidenti yazıb.
Qeyd edək ki, ABŞ maliyyə naziri Skott Bessent ABŞ-nın qitənin təhlükəsizlik sahəsindəki zəifliyini əsas gətirərək Qrenlandiyanı ələ keçirmək mövqeyindən geri çəkilməyəcəyini bildirib.
Amerikanın Qrenlandiya üzərində nəzarətin mümkün qurulması ilə bağlı açıqlamaları NATO daxilində ciddi böhrana səbəb olub və Alyansın birliyini şübhə altına alıb. “Economist” xəbər verir ki, D. Trampın Qrenlandiyanın tam satın alınmasına nail olmaq niyyəti Avropa müttəfiqlərinin kəskin reaksiyasına və transatlantik münasibətlərin gərginləşməsinə səbəb olub.
“Politico” nəşri isə yazır ki, Avropa NATO-nu əvəz etmək üçün ABŞ olmadan - “könüllülərin koalisiyası”na əsaslanaraq və Ukraynanın iştirakı ilə alternativ təhlükəsizlik ittifaqı yaratmaq imkanını nəzərdən keçirir.
E. KAMAL
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər