Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 24-06-2016 17:48 | Bölmə: Siyasət

Millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədovla arasında yaşanan növbəti gərginliyə münasibət bildirib.
Deputat deyib ki, fikir toqquşmasının yaşanması üçün onun tərəfindən heç bir səbəb yoxdur:
"Qərəzlilik nümayiş etdirmək və kiməsə hörmətsizlik etmək şakərində deyiləm. Parlamentdə nizam-intizama, ədəb-ərkəna riayət edən insanlardan biri olmuşam. Bütün dövr ərzində bircə dəfə də olsa, hətta statistika naminə belə, kiminləsə münasibətlərimizdə hansısa təhqiramiz notların olduğunu internet resurslardan belə çıxarıb ortaya qoymaq olmaz. Şəxsimi tanıyanlar bilirlər ki, hər kəsin şərəf və ləyaqətinə hörmətlə yanaşmışam.
İndi də qanunvericiliyin müzakirəsi zamanı Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı referenduma tərəfdar olduğumu, bu addımın əhəmiyyətini vurğulayaraq, eyni zamanda hər bir ölkənin "tax free” sisteminin fərqli əsaslarla qurulduğunu qeyd etməyə çalışmışam. Mənim yerimdən danışmaq mövqeyim ondan qaynaqlanır ki, biz çıxışa yazılarkən belə, bəzən söz demək haqqını əldə edə bilmirik. Belə olan təqdirdə yerdən öz fikrimi bildirmişəm ki, parlament üzvünün də buna ixtiyarı var. Məclis diskussiya yeridir, fikirlər bölüşəndə bu, ictimai maraqların xeyrinə işləyir. Parlament sükut yeri deyil”.
Millət vəkili spikerin göstərişi ilə İntizam Komissiyasına tapşırıq verilməsi və araşdırmaya başlanılmasına da münasibət bildirib:"Burada heç bir qeyri-adilik görmürəm. Hər kəs də şahiddir ki, mən heç kimə qarşı təhqir və ya daxili nizamnaməni pozan addımlara yol verməmişəm".
Hər iclas parlamentdə eyni ssenarinin təkrarlanmasına gəlincə, Z.Oruc bildirib ki, bu, parlamentin içərisində danışan şəxslərin taleyidir:"Kimsə fikir bildirmək istəyəcək, fəal diskussiya aparmaq istəyəcəksə, buna məruz qalacaq. Bunun təsadüf və ya məqsədli olması mənim tərəfimdən qaynaqlanmadığı üçün, yalnız parlament üzvü kimi öz mövqeyimi çatdırmaq istədiyimdən, başqa bir məqsədi hədəf etmədiyimdən bu suala cavab vermək mənim üçün çətindir”.
Qafqazinfo.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər