Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 01-07-2016 11:12 | Bölmə: Siyasət

Fransa Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüş yeri olaraq Parisi təklif edib.
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşən fransalı həmkarı Jan-Mark Eyro məlumat verib.
Növbəti görüşün tarixi və keçiriləcəyi məkan dəqiq bəlli olmasa da, nə ilə nəticələnəcəyi maraq doğurur.
Danışıqların növbəti raundundan nə gözləmək olar?
Reyting.az xəbərinə görə, Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Modern.az-a açıqlamasında deyib ki, görüş barədə əminliklə nəsə demək çətindir.
"İndinin özündə də axtarış gedir. Bu axtarışın gedişatı müəyyən inam yaradır. İnam odur ki, axtarışların nəticəsi olaraq düstur tapıla bilər. Bu da həm Azərbaycanın, həm Ermənistanın, həm də bu işdə maraqlı olan dövlətlərin təəccübünə səbəb ola bilər. Söhbət də bundan gedir”.
Keçmiş prezident bu görüşdə Ermənistanın güzəştə getmə ehtimalını da vurğulayıb.
"Ola bilsin ki, prezidentlərin üçüncü görüşü zamanı Ermənistan Qarabağ məsələsində güzəştə getsin. Daha doğrusu, Ermənistanı buna vadar edə bilərlər. Çünki Ermənistan könüllü olaraq hər hansı addımı ata bilməz. Təklif edə bilərlər ki, bunu belə etməlisiniz. Bu da böyük dövlətlərin işidir.
Həm Rusiya, həm Fransa, həm ABŞ tərəfindən bu gerçəkləşə bilər. Çünki hamı maraqlıdır ki, Qarabağ münaqişəsinin həllində format tapıldığı halda maraqlar da öz həllini tapsın. Bu səpkidə prezidentimizin mövqeyi çox yaxşıdır. Bunu açıq deyə bilərəm. Üstəlik, növbəti görüş keçən görüşlərdən əhəmiyyətli olacaq. Buna inanıram”.
Ayaz Mütəllibov son vaxtlar Türkiyə-Rusiya yaxınlaşmasının Azərbaycana təsir mexanizmdən də söz açıb.
"Türkiyənin son tədbirləri geosiyasi mənada böyük əhəmiyyət kəsb edir. Azərbaycan bu səpkidə öz maraqlarını müdafiə edəcək və heç bir tərəfdən Azərbaycana pislik toxunmayacaq. Mövqeyimiz çox sadədir. Şərti olsa da, Dağlıq Qarabağ Azərbaycanda qalmalı və bununla da məsələ bitməlidir”.
Xatırladaq ki, aprelin əvvəllərində cəbhədə baş verən hadisələrdən sonra prezidentlər Vyanada görüşüb. Görüşdə tərəflər konkret razılıq əldə etməyib. Ardınca iyun ayının 20-də Rusiya tərəfinin təşəbbüsü ilə prezidentlər Sankt-Peterburqda bir araya gəliblər.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər