Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 21-07-2016 16:10 | Bölmə: Siyasət

Prezident İlham Əliyevin Konstitusiya dəyişiklikləri ilə əlaqədar Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncamı ölkə gündəminin əsas müzakirə mövzularındandır.
Artıq "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilib və yaxın günlərdə məhkəmənin rəyi açıqlanacaq.
Maraqlısı budur ki, hələlik beynəlxalq təşkilatlar və demokratik ölkələrdən məsələyə hər hansı reaksiya yoxdur. Adətən ayrı-ayrı təşkilatlar Azərbaycanda qanunlara və konstitusiyaya edilən dəyişikliklərlə əlaqədar səslərini qaldıraraq təzyiq rıçaqlarını işə salmağa meylli olurlar. Hətta bir sıra hallarda Azərbaycana qarşı sanksiya təhdidləri də işə salınıb. Hazırkı susqunluq nəyin əlamətidir, rəsmi Bakı konstitusiya dəyişiklikləri ilə bağlı Qərbin "xeyir-duasını” alıb, yoxsa beynəlxalq təşkilatların sükutu "tufanqabağı sükutu” xatırladır?
Reyting.az xəbər verir ki, bununla bağlı "Yeni Müsavat”a müsahibə verən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da rəsmi Bakının konstitusiya dəyişiklikləri ilə bağlı Qərb dairələri ilə hər hansı müzakirələr aparıb-aparmadığı barədə məlumatsız olduğunu bildirib.
Fəzail Ağamalı düşünür ki, Azərbaycan müstəqil dövlətdir, konstitusiya dəyişikliyi onun müstəsna səlahiyyətinə aiddir: "Son söz sahibi də Azərbaycan xalqıdır. Ona görədə bunu heç şübhəsiz ki, qəti şəkildə nəzərə almaq lazımdır. Digər tərəfdən, əslində burada qeyri-demokratik heç nəyoxdur. Daha çox ölkəmizdəseçkilərlə bağlı müəyyən məhdudiyyətlər aradan qaldırılıb, daha yumşaq, daha mümkün variantlar nəzərdə tutulub. Parlament və prezident seçkilərində seçilmək istəyənlərin yaş həddinin aşağı salınması kimi məqamlar var. Məncə, buna Avropanın hər hansı bir institutunda etiraz ola bilməz”.
Deputatın sözlərinə görə, prezidentlik müddətinin 5, ya 7 il olmasının o qədər də əhəmiyyəti yoxdur:
"Dünyanın müxtəlif ölkələrində prezidentin səlahiyyət müddəti müxtəlifdir. Əsas məsələ budur ki, bu müddətə iradəni nümayiş etdirən Azərbaycan xalqıdır və konstitusiyada Azərbaycan xalqının iradəsinə qarşı məhdudiyyətlər yoxdur, təsbit edilməyib, edilə də bilməz”.
F.Ağamalının fikrincə, daha çox maraqlı məqam vitse-prezidentlik institutunun yaradılmasıdır: "Bir birinci vitse-prezident və bir neçəvitse-prezidentlər postu təsis olunur və bu, mühüm yenilikdir. Mən öz gümanımı axıra qədər açmaq istəmirəm. Daha çox bunu güman edirəm ki, ölkə prezidenti gələcəyə hədəflənən dəyişikliyi zəruri hesab edib.
Milli Məclisin buraxılması ilə bağlı da indiyədək konstitusiyada hər hansı maddə yox idi. Ona görə bu məsələ də yenilikdir. Yəni prezidentin təqdimatı ilə Milli Məclisə göndərilib təsdiq edilən vəzifəli şəxslərlə bağlı sənəd düşünülmüş iki dəfədən çox şəkildə səsvermədən keçmirsə, onda iki məqam ortaya çıxır: prezidentin iradəsi, yoxsa Milli Məclisin iradəsi. Azərbaycan prezidentli respublika olduğuna görə, təbii olaraq üstünlük konstitusiya ilə prezidentə verilir”.
AVP sədri hesab edir ki, bu dəyişikliklər Azərbaycana qarşı təzyiqlərə əl atmaq üçün əsas yaratmır: "Təzyiqlər üçün əsas da yoxdur. Ola bilsin yenə də "orkestr"in ayrı-ayrı skripkaçıları öz alətlərində notdan kənar musiqi ifa edəcəklər - həmişə olduğu kimi, erməni lobbisinin təsiri altında olan, Azərbaycanı istəməyən qüvvələr - lakin mahiyyət etibarilə burada Qərbin istinad edəcəyi, demokratiyaya zidd hər hansı bir məqam yoxdur ki, ondan Azərbaycana qarşı istifadə olunsun, təzyiqlər göstərilsin. Bu, Azərbaycan dövlətinin müstəsna səlahiyyətidir. Konstitusiyaya dəyişikliklər olub, olur və bundan sonra da olacaq. Cəmiyyət inkişaf etdikcə bu cür dəyişikliklər zəruri olur".
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər