Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 24-08-2016 13:31 | Bölmə: Siyasət

"Referendum Azərbaycanda konstitusiya quruluşunun möhkəmlənməsinə, ölkəmizdə demokratik prosesin inkişafına və idarəçilik sisteminin təkmilləşməsinə xidmət edən bir dəyişiklikdir. Bu dəyişikliklər cəmiyyətdə gedən dinamik proseslərin məntiqinə söykənir”.
Reyting.az xəbərinə görə, bu sözləri Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı "Qafqazinfo”ya müsahibəsində deyib. Onun fikrincə, dəyişikliklər içərisində ən diqqətşəkən məqamlardan biri də, vitse-prezidentlik institutunun yaradılmasıdır:
"Bu, Azərbaycanda idarəçilik sisteminin daha da təkmilləşdirilməsi, sadələşdirilməsi və birbaşa ölkə prezidentinin idarəçilik sistemində öz üzərinə düşən səlahiyyətlərin müəyyən hissəsinin şaxələndirilməsi, ölkənin idarə olunmasına yeni bir töhfə verən dəyişiklikdir”.
F.Ağamalı vitse-prezidentlərin birinin Vasif Talıbov olacağını ehtimal edir: "Vitse-prezidentlərin içərisində vacib bir məqam diqqətimi cəlb etdi. Bu gün Naxçıvan Muxtar Respublikasının rəhbəri uzun illərdən bəri oranı çox böyük uğurla idarə edən Vasif Talıbovdur. O, Ali Məclisin sədridir. Konstitusiyaya görə də Milli Məclis, Naxçıvan Ali Məclisi hakimiyyətin ikinci qoludur. Onun birbaşa prezidentlə idarəçilik sisteminə bağlılığı yoxdur. Ola bilsin ki, bu bağlılığı təmin etmək üçün Naxçıvan Muxtar Respublikasının rəhbəri Azərbaycan prezidentinin vitse-prezidenti kimi təsbit olunsun və beləliklə, qeyd etdiyimiz boşluq aradan götürülsün”.
O, yeni dəyişiklikdən sonra prezidentin Milli Məclisi buraxa bilmək səlahiyyətlərini əldə etməsi məsələsinə də münasibət bildirib: "Dəyişikliyə görə, prezident tərəfindən təqdimatı verilən Baş nazir, Mərkəzi Bankın sədri və məhkəmə hakimləri 2 dəfə Milli Məclis tərəfindən təsdiq olunmursa, bu artıq qanunverici orqanlar və prezident arasında uçurum, ziddiyyət yaradır. Bu zaman iki seçim var: ya təkrar prezident seçkiləri keçirilməlidir, ya da Milli Məclis buraxılmalıdır. Azərbaycan prezidentli respublika olduğuna görə, 1-ci seçim istisna olunur. Bununla da, doğru olaraq prezidentə səlahiyyət verilir ki, belə hallarda parlamenti buraxsın. Gələcəkdə ehtimal olunan bu problemin aradan qaldırılmasının yeganə yolu budur.
Dəyişikliklərdə başqa bir məsələ də diqqəti cəlb edir. İntizam qaydalarını kobud şəkildə pozan deputatın mandatının əlindən alınması da nəzərdə tutulub. Bu dəyişikliyi də vacib hesab edirəm. Millət vəkili bütün mənalarda nümunə olmalıdır”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər