Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 30-08-2016 12:19 | Bölmə: Siyasət

Özbəkistan prezidenti İslam Kərimovun ölüm xəbərini birinci yayan "Ferqana” agentliyinin baş redaktoru Daniil Kislov israr edir ki, Daşkənddən verilən təkziblərə baxmayaraq xəbər dəqiqdir.
Virtualaz.org-un xəbərinə görə, Kislov bildirib ki, İslam Kərimovun ölümü haqda rəsmi xəbər yaymaq mürəkkəb işdir, çünki Özbəkistanda qapalı informasiya mühiti hökm sürür.
"Kərimov avqustun 29-da, Moskva vaxtı ilə saat 15.35-də ölüb. Bu haqda azsaylı KİV-lər bilir. Bizim agentlik 15 ildir Özbəkistanda işləyir və belə məlumatı əldə etmək olduqca mürəkkəbdir”,-baş redaktor deyib.
Daniil Kislov bildirir ki, prezidentin ölümünü ola bilsin, sabah rəsmən elan edəcəklər.
Qeyd edək ki, sentyabrın 1-də Özbəkistanın Müstəqillik Günüdür və prezidentin vəfatı haqda xəbərlərin yayılmasına baxmayaraq hazırda Daşkənddə sakitlikdir, küçələr bayraqlarla bəzədilib. İslam Kərimovun yerləşdirildiyi xəstəxananın və prezident iqamətgahının ətrafına isə kilometrlərlə radiusda ordu və polis qüvvələri düzülüb.
Ekspertlərin fikrincə, Özbəkistan prezidenti postunu tutacaq əsas namizəd baş nazir Şövkət Mirzəyevdir. Digər potensial namizəd isə maliyyə naziri Rüstəm Əzimovdur. Bu arada Rüstəm Əzimovun ev dustağı edildiyi haqda xəbərlər yayılıb və dərhal təkzib olunub. Özbəkistan Maliyyə Nazirliyindən bildiriblər ki, nazir hazırda yerindədir, həbs olunmayıb.
Hazırda Rusiya da daxil olmaqla bütün regional oyunçular Kərimovun mümkün vəfatından sonra Özbəkistanda vəziyyətin necə dəyişəcəyini təxmin etməyə çalışırlar.
Rusiyalı hərbi ekspert Pavel Felqenhauer hesab edir ki, Kərimovun ölümündən sonra Özbəkistanın ikinci Suriyaya çevrilməsi təhlükəsi var. Ekspert Özbəkistanın müsəlman əhalisinin uzun illərdir Kərimovun zülmü altında inlədiyini, indi onun ölümünün ekstremizm əhvalını gücləndirəcəyini və müxalif Özbəkistan İslam Hərəkatının fəallaşacağını deyir.
Özbəkistan İslam Hərəkatının düşərgələri Əfqanıstandadır, onlar "İslam dövləti”nin "xəlifəsi” Bağdadiyə biət ediblər. Ekspertə görə, əgər Kərimovun ölümü ilə bağlı Özbəkistanda vəziyyət qarışsa islamçılar Əfqanıstandan bu ölkəyə müdaxilə edəcəklər. Özbəkistan ordusu isə bunun qarşısını ala bilməyəcək.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər