Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 24-10-2016 11:37 | Bölmə: Siyasət

"Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək olardı. Əlbəttə, bu məsələni güc yolu ilə yoluna qoymaq imkanı da vardı. Ancaq bu, mənim seçə biləcəyim yol deyildi. Qanlı toqquşmalara yol vermək olmazdı. Ondan sonra normal münasibətlər qurmaq çox çətin, hətta mümkünsüz olur. Mən problemin güc yolu ilə həll edilməsi planını qətiyyən dəstəkləmirdim”.
Reyting.az saytı Strateq.az-a istinadən bildirir ki, bunu Azərbaycana rəhbərlik etmiş, Kommunist Partiyasının sabiq 1-ci katibi Əbdürrəhman Vəzirov yazdığı "Mənim diplomatik xidmətim” adlı xatirələr kitabında qeyd edib.
Özünün rəhbər təyinatı barədə də yazan Vəzirov bildirir ki, o, Azərbaycanda pis vəziyyətdə olan sosial-iqtisadi həyatla yanaşı, ölkəni kəskin şəkildə laxladan faciəvi Qarabağ münaqişəsi ilə üz-üzə qalıb.
"Mən, güzəşt tanımayan beynəmliləlçi, öz karyeramın ən pik nöqtəsində millətçilik dalğası ilə toqquşdum. Mən həmişə milli mentalitetə hörmət göstərilməsinin tərəfdarı olmuşam. Ancaq mağara millətçiliyinin qəti əleyhdarı olmuşam”, – deyə Ə. Vəzirov bildirib.
Daha sonra Dağlıq Qarabağda separatçı hərəkatın baş qaldırmasının səbəbləri barədə yazan sabiq ölkə başçısı qeyd edir ki, "SSRİ-də konstitusiya yolu ilə həll olunmuş bu məsələ” separatçıların və onların himayədarlarının səyi ilə millətlərarası münaqişə müstəvisinə çıxarılıdı.
"Sovet sisteminin əsasını sarsıtmağa çalışan qüvvələr var gücü ilə belə münaqişələri alovlandırır, insanlar arasında inamsızlıq səpirdilər,” – deyə o vurğulayıb.
Ə.Vəzirov daha sonra yazır ki, Azərbaycanda milli birliyin olmaması separatçılara qarşı mübarizə imkanlarını zəiflədirdi: "Bakıda işlədiyim ilk günlərdə mən bütün qüvvəmlə Qarabağ probleminin sülh yolu ilə həll olunmasına çalışırdım. Amma münaqişədən öz xəbis məqsədləri üçün istifadə etməyə çalışanlar bu yeganə düzgün prosesə ciddi müqavimət göstərirdilər. Mənim prinsipial mövqeyim isə belə idi: qan tökülmədən, vətəndaşlar həlak olmadan problemi həll etmək!”
Ə.Vəzirov kitabında Qarabağ probleminin alovlanmasının ABŞ dairələri üçün də maraqlı olduğuna işarə vurub. Ə.Vəzirov bildirib ki, Qarabağ probleminin ən qaynar vaxtında -1989-cu ilin noyabrında ABŞ-ın SSRİ-dəki səfiri Cek Metlok Bakıya gələrək onunla görüşüb.
"Amerikalılar bizim ölkəmizdə baş verənləri çox diqqətlə izləyirdilər”,– Vəzirov yazıb.
Xatırladaq ki, Cek Metlok özünün 1995-ci ildə yazdığı "İmperiyanın ölümü: Amerika səfirinin SSRİ-nin süqutuna baxışı” adlı kitabında Bakıya səfəri barədə yazıb.
Metlok qeyd edir ki, səmimi və diqqəti özünə çəkməyi bacaran Ə.Vəzirov, ola bilsin ki, Qarabağ məsələsindən çıxış yolu tapa bilərdi: "Lakin onun fəaliyyət azadlığı yox idi. O, Moskvanın laqeyd passivliyindən və "evində” qaynayan siyasi ehtirasların üzündən küncə sıxılmış halda idi”.
Ə.Vəzirov görüş zamanı ABŞ səfirinə deyib ki, Ermənistandan qovulan azərbaycanlılara qayıtmaq üçün kömək etmək lazımdır. Ancaq bunun o zaman mənası olar ki, ermənilər Dağlıq Qarabağa olan bütün iddialarından əl çəksin.
Daha sonra Vəzirov səfirə deyib ki, ermənilərin ərazi iddiaları Azərbaycan cəmiyyətini qəzəbləndirir və respublikalar arasında de-fakto müharibəyə aparıb çıxaracaq: "Vaxtında getmək milli lider üçün əsas məsələdir. Nə gec, nə tez – vaxtında… Mən Azərbaycana ölkənin taleyüklü dəqiqələrində gəldim. Artıq cin şüşədən çıxmışdı, "pandora yeşiyi” açılmışdı. Sovet İttifaqının dağılmasının əsası qoyulmuşdu”.
SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri Əbdürrəhman Vəzirov 1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-nədək Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olub. Bu dövrdə Moskvanın dəstəyi ilə Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatı alovlanıb, azərbaycanlıların doğma torpaqlarından qovulmasına başlanılıb.
Ə.Vəzirov sovet qoşunlarının 1990-cı il yanvar ayının 20-də Azərbaycana daxil olmasının və yüzlərlə günahsız insanın qanını axıtmasının qarşısını ala bilməyib. Yanvar qırğınından sonra vəzifəsini tərk edərək Moskvaya gedib. Azərbaycanda haqqında cinayət işi qaldırılıb. Hal-hazırda Əbdürrəhman Vəzirov Moskvada yaşayır.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər