00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Hikmət Hacıyev Rusiya mətbuatına müsahibə verib: “Qarabağ Azərbaycandır və nida işarəsi!”
Tarix: 01-08-2020 16:31 | Bölmə: Siyasət

Rusiyanın “Nasionalnaya oborona” jurnalının avqust buraxılışında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat barədə müsahibəsi dərc olunub.
Reyting.az müsahibəni təqdim edir:
- Azərbaycan-Ermənistan sərhədində döyüşlərə gətirib çıxarmış səbəblər hansılardır?
- Bu yaxınlarda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində yaranmış gərginlik erməni təxribatının nəticəsi idi. Rəsmi Yerevan bu hərbi avantüranı törətməkdə bir sıra məqsədlər güdürdü. Onları şərti olaraq daxili və xarici məqsədlərə bölmək olar.
Daxili məqsədlər Ermənistanda ağır siyasi və sosial-iqtisadi durum, COVID-19-la bağlı acınacaqlı şərait fonunda vəziyyətin gərginləşməsi ilə bağlıdır. Məlum olduğu kimi, 2018-ci ildə Paşinyan erməni xalqına verdiyi populist vədlər dalğasında hakimiyyətə gəldi. Lakin zaman göstərdi ki, onun hökuməti həmin vədləri reallaşdırmaq, ölkədə həyatı yaxşılığa doğru dəyişmək iqtidarında deyil. COVID-19-la bağlı vəziyyət Ermənistan hökumətinin səmərəsizliyini əyani şəkildə nümayiş etdirdi. Buna görə də Paşinyan hökuməti güclənən etirazlar fonunda əhalinin diqqətini daxili problemlərdən yayındırmağa çalışır.
Xarici səbəblər arasında Azərbaycanın beynəlxalq arenada çox böyük uğurlarını qeyd etmək lazımdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi baxımından bizim beynəlxalq mövqelərimizin güclənməsi Ermənistanda həsəd doğurur. Pozucu siyasət yürüdən və Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan bu fonda Ermənistan ilə Azərbaycan arasında yeni, lakin bu dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində gərginlik ocağı yaratmaq yolu ilə beynəlxalq birliyin diqqətini Dağlıq Qarabağda və işğal edilmiş digər ərazilərdə vəziyyətdən yayındırmağa çalışır. Rəsmi Yerevan bu cür təxribatlarla belə bir rəy yaratmağa çalışır ki, guya Azərbaycan Ermənistanın ərazisinə hücumlar edir, beləliklə, Ermənistan özünün üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır.
Bundan əlavə, Ermənistanın məqsədlərindən biri də ixrac neft-qaz kəmərləri, Şərq-Qərb nəqliyyat dəhlizi kimi beynəlxalq əhəmiyyətli strateji layihələrə təhlükə yaratmaq idi.
İnamla deyə bilərik ki, Ermənistan qarşısına qoyduğu məqsədlərə çatmadı və onun təxribatı tam məğlubiyyətə uğradı.
- Vəziyyət lap əvvəldən necə inkişaf edib, kim birinci atəş açıb? Azərbaycan tərəfi necə hərəkət edib?
- Döyüş əməliyyatlarını birinci olaraq Ermənistan silahlı qüvvələri başlayıb. Onlar iyulun 12-də artilleriyanı cəlb etməklə Azərbaycan Ordusunun mövqelərinə zərbə endiriblər. Bu hücum cavab atəşi ilə dəf edilib. Lakin əvvəllər olduğu kimi, Ermənistan bu təxribata görə də məsuliyyəti Azərbaycanın üzərinə atmağa atıb, əsassız, hətta gülünc dəlillər gətirib. Ermənistan tərəfi iddia edir ki, guya Azərbaycanın iki hərbi qulluqçusu UAZ avtomaşınında Ermənistan ilə sərhəddə hərbi təxribat törətməyə çalışıb. Əlbəttə ki, bu, absurddur və heç bir məntiqə uyğun gəlmir. Hansı müasir ordu silahlı düşmənə zirehsiz nəqliyyat vasitələrindən istifadə etməklə hücum edər?
Xüsusi vurğulamaq istəyirəm ki, Ermənistan ilə dövlət sərhədində Azərbaycanın heç bir hərbi planı və ya məqsədi yoxdur. Delimitarizasiya məqsədilə Ermənistan ilə sərhədin bu hissəsinin qorunması Azərbaycan Sərhəd Qoşunlarına həvalə edilib. Azərbaycan-Ermənistan dövlət sərhədində eskalasiya Azərbaycanın maraqlarına uyğun deyil. Əksinə, artıq qeyd etdiyim kimi, sərhədin bu hissəsində gərginlik ocağının yaranması Ermənistanın mənafeyinə uyğundur.
- Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bəyan edib ki, Bakı ilə Yerevan arasında xüsusi “qaynar xətt” telefon rabitəsi yaradılıb, zəruri hallarda, yaranmış silahlı insidentlərin nizamlanması barədə o, Azərbaycan Prezidentinə zəng vura bilər. Siz necə düşünürsünüz, iyulun 12-də Paşinyan həmin kanaldan nə üçün istifadə etməyib?
- Əvvələn, bu məsələyə aydınlıq gətirmək lazımdır. Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında bu cür rabitə kanalı yoxdur. İki ölkənin səlahiyyətli nümayəndələri arasında müəyyən rabitə kanalı var. Təcrübə göstərib ki, Ermənistanla, xüsusən Yerevanda daimi kadr qarmaqarışıqlığı ilə bağlı amillər nəticəsində bu rabitə kanalı praktiki olaraq səmərəsizdir. Faktiki olaraq orada əlaqə saxlanası adam yoxdur. Bu, bir daha sübut edir ki, erməni tərəfi hərəkətlərində səmimi deyil.
- Məlum olduğu kimi, Bakıda Azərbaycan Silahlı Qüvvələrinə kütləvi dəstək yürüşü keçirilib. Bu tədbir barədə danışardınız.
- Erməni təcavüzünün cəzasızlığı ilə əlaqədar Azərbaycan cəmiyyətində hiddət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə beynəlxalq səylərin səmərəsizliyindən məyusluq günbəgün artır. Tamamilə aşkardır ki, cəzasızlığa son qoyulmasa, Ermənistan bundan sonra da təcavüzkar siyasətini və Azərbaycan ərazilərinin işğalını davam etdirəcək.
Azərbaycan Silahlı Qüvvələrinə kütləvi dəstək yürüşü əzəli torpaqlarının erməni işğalından azad edilməsi məsələsində tamamilə həmrəy və qətiyyətli olan Azərbaycan xalqının dönməz iradəsini əks etdirdi. Bu mühüm hadisə xalq ilə iqtidar arasında tam birliyi növbəti dəfə nümayiş etdirdi.
Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasətini fəal dəstəkləyir və Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa olunmasını arzu edir. Vurğulamaq istəyirəm ki, yürüşdən sonra Prezidentin çağırışına cavab olaraq 50 mindən çox Azərbaycan vətəndaşı könüllü olaraq orduya yazılmaq üçün qeydiyyata alınıb. Bu, ölkədə vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu bir daha təsdiq etdi.
- Azərbaycan Silahlı Qüvvələri iyulun 12-dən başlayaraq sərhədin silahlı təxribat törədilmiş hissəsində hansı döyüş vəzifələrini icra edirdilər?
- Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın Ermənistan ilə sərhəd zonasında heç bir hərbi planı və ya məqsədi yoxdur. Bu yaxınlarda törədilmiş təxribat dövründə Azərbaycan Silahlı Qüvvələrinin döyüş vəzifəsi dövlət sərhədini və dinc əhalinin təhlükəsizliyini qorumaq idi.
Azərbaycan Ordusu düşməni layiqincə dəf etdi, döyüş qabiliyyətini və yüksək mənəvi ruhunu bir daha təsdiq etdi. Döyüş əməliyyatları meydanında vəziyyət barədə tam məlumatlandırılmış Azərbaycan Silahlı Qüvvələri operativ şəraitə səmərəli nəzarət edirdilər. Onlar ölkənin müdafiəsi zamanı strateji və taktiki məsələlərin həllində geniş imkanlarını, o cümlədən yüksək dəqiqlikli silahlardan səmərəli istifadə, pilotsuz uçuş aparatlarını uğurla tətbiq etmək qabiliyyətlərini nümayiş etdirdilər.
Azərbaycan Silahlı Qüvvələri döyüş əməliyyatları zamanı erməni qüvvələrinin mövqelərimizə soxulmaq cəhdlərinin qarşısını aldılar, ərazilərimizin artilleriya atəşinə tutulduğu nöqtələri qısa müddətdə susdurdular. Qeyd etmək lazımdır ki, həmin atəş nöqtələrindən təkcə döyüş mövqelərimizə deyil, həm də mülki şəxslərin olduğu yaşayış məntəqələrimizə atəş açılırdı. Bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.
Azərbaycan Ordusu bu istiqamətdə ərazi bütövlüyümüzün müdafiəsini, dövlət sərhədinin toxunulmazlığını və ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etdi. Biz inanırıq ki, bu, Yerevanda “yeni ərazilər uğrunda yeni müharibə” xülyasına düşmüş bəzi davakarlar üçün yaxşı dərs olacaq.
- Azərbaycan və Ermənistan tərəfindən itkilər barədə məlumatlar necədir?
- Ermənistan tərəfindən növbəti silahlı təcavüz aktı nəticəsində təəssüf ki, Azərbaycanın 12 hərbi qulluqçusu və bir dinc sakin həlak olub. Ermənistan tərəfinə gəldikdə, qeyd etmək istəyirəm ki, Ermənistan silahlı qüvvələrində özlərinin həqiqi itkilərini ictimaiyyətdən gizlətmək məqsədilə mürəkkəb mexanizm mövcuddur. Bu məsələdə Ermənistanın bütün rəhbərləri özlərini qeyri-səmimi aparıb və həmişə öz xalqını aldadıblar.
Bizdə olan məlumata görə, döyüş əməliyyatlarının şiddətli xarakterini nəzərə alsaq, Ermənistan tərəfdən onlarca həlak olan və yüzlərlə yaralanan var. Əvvəlki təcrübəni nəzərə alaraq inamla demək olar ki, tezliklə bu itkilər döyüşlə bağlı olmayan, qəzalar və digər bədbəxt hadisələr nəticəsində yaranmış itkilər kimi təqdim ediləcək. Bundan əlavə, sizin diqqətinizi bir fakta cəlb etmək istəyirəm ki, Ermənistan tərəfindən ön xəttə bir qayda olaraq çoxsaylı muzdlular cəlb edilir, onların ölümünün statistikası isə ümumiyyətlə elan olunmur.
- Ermənistan iddia edir ki, Azərbaycan mülki obyektlərə zərbələr endirir. Siz bunu necə şərh edərdiniz?
- Bu, erməni tərəfinin növbəti yalanı və dezinformasiyadır. Əksinə, mülki əhalinin atəşə tutulması Ermənistan silahlı qüvvələrinin çoxdankı praktikasıdır. 2016-cı ilin aprelində olduğu kimi, bu dəfə də onlar Azərbaycanda mülki obyektləri və dinc əhalini bilərəkdən iriçaplı silahlardan və ağır artilleriya qurğularından atəşə tutdular. Dövlət sərhədində döyüş əməliyyatları nəticəsində Azərbaycanın bir dinc sakini həlak oldu, Ermənistanın dinc əhalisi arasında isə itki yoxdur. Azərbaycanın mülki əhalisinə, dövlət mülkiyyətinə, o cümlədən infrastruktur obyektlərinə də ciddi ziyan vurulub. Azərbaycan Respublikasının Prezidenti artıq Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonunun atəşə tutulması nəticəsində dəymiş zərərin aradan qaldırılması tədbirləri haqqında Sərəncam imzalayıb.
Artıq qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələri yüksək dəqiqlikli müasir silahlara malikdir və yalnız legitim hərbi hədəflərə zərbələr endirir. Ermənistan silahlı qüvvələri isə terror taktikasından istifadə edərək öz atəş mövqelərini yaşayış məntəqələrinin yaxınlığında və ya daxilində yerləşdirir, bununla da həmin məntəqələri bilərəkdən təhlükəyə məruz qoyurlar. Odur ki, dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulmasına görə Azərbaycan yox, məhz Ermənistan cavab verməlidir.
- Azərbaycan-Ermənistan sərhədində budəfəki münaqişəni hansı prinsiplər əsasında nizamlamaq mümkündür?
- Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində budəfəki eskalasiyaya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində baxmaq lazımdır. Azərbaycan ilə Ermənistan arasında döyüş əməliyyatları bu münaqişənin, Ermənistan tərəfindən silahlı təcavüzün və Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsinin nəticəsidir. Ermənistanın pozucu siyasəti, o cümlədən təmas xəttində və dövlət sərhədində daim təxribatlar törətməsi onun bu münaqişənin həllində maraqlı olmadığını və status-kvonu uzatmaq cəhdini nümayiş etdirir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsipləri çoxdan məlumdur. Münaqişə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi (822, 853, 874, 884 nömrəli), Helsinki Yekun Aktı əsasında, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, onun beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində həll edilməlidir. Başqa həll yolu yoxdur və ola da bilməz.
Yuxarıda göstərilən prinsiplər əsas götürülməklə mərhələli nizamlama prosesində Ermənistan işğalçı qüvvələrini Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ona bitişik rayonlarından çıxarmalı, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtması üçün hər cür şərait yaratmalıdır.
- Azərbaycan Dağlıq Qarabağ məsələsinin ədalətli həlli üçün necə hərəkət etmək niyyətindədir?
- Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik yolla nizamlanmasının tərəfdarı olaraq qalır. Lakin danışıqlar xatirinə danışıqlar aparılması yolverilməzdir. Münaqişəni həll etmək üçün Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin imitasiyası deyil, bu məsələnin müzakirəsi məqsədilə ATƏT-in Minsk qrupu çərçivəsində mahiyyəti üzrə danışıqlar aparılmalıdır.
Azərbaycan Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ona bitişik rayonlarından çıxarılmasını, məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz qaytarılmasını israrla tələb edir. Öz növbəsində, beynəlxalq birlik, təcavüzkar Ermənistana dəqiq siqnal verməlidir ki, beynəlxalq miqyasda tanınmış sərhədlərin güc tətbiq etməklə dəyişdirilməsi qəbuledilməzdir.
Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında ifadə etdiyi mövqeyi bir daha səsləndirmək istəyirəm: “Qarabağ Azərbaycandır və nida işarəsi!”
Bölməyə aid digər xəbərlər

Dünən, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
30-01-2026, 18:07
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
30-01-2026, 15:21
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
30-01-2026, 13:20
Zelenski Moskvada Putinlə görüşü istisna edib
30-01-2026, 12:42
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
30-01-2026, 12:09
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
30-01-2026, 09:55
Rusiya BMT-dən nəyi xahiş edir?
30-01-2026, 06:36
Amerikalılar Trampı klassik faşistə bənzədir
29-01-2026, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
29-01-2026, 08:18
Ankara İranda sabitliyin tərəfdarıdır
28-01-2026, 23:53
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
28-01-2026, 17:10
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb - Yenilənib
28-01-2026, 15:18
Deputatlar daha 16 qanuna dəyişiklik edəcək - Siyahı
28-01-2026, 13:45
Türkiyəyə qarşı plan: ABŞ geri çəkilir, Fransa terror təşkilatına köməyini artırır
28-01-2026, 11:04
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
28-01-2026, 10:08
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
27-01-2026, 21:17
Ukrayna ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq
27-01-2026, 17:08
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
27-01-2026, 13:29
Apellyasiya Məhkəməsi Əli Kərimli barəsində qərar verib
27-01-2026, 13:16
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
27-01-2026, 12:47
Ceyhun Bayramov Çinə gedib
27-01-2026, 12:26
Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır
27-01-2026, 10:40
XİN Holokost qurbanlarını anıb
27-01-2026, 08:34
HƏMAS rəsmiləri Ankarada səfərdədir
26-01-2026, 19:33
İsrailin xarici işlər naziri Bakıda deputatlarla görüşüb
26-01-2026, 12:47
Azərbaycan və İsrail XİN başçıları görüşüb - (Yenilənib) - Foto
26-01-2026, 10:22
Sahibə Qafarova Bəhreyn kralı ilə müzakirə aparıb
26-01-2026, 08:05
ABŞ-nın Qrenlandiya ilə bağlı planı üzə çıxıb
24-01-2026, 23:50
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb
24-01-2026, 16:28
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
24-01-2026, 15:22
Ana Vətən Partiyasına sədr seçiblər - Qurultay
23-01-2026, 17:05
Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovu həbsdə saxlayıb
23-01-2026, 16:44
Bakı Vaşinqtonun etibarlı tərəfdaşına çevrilib - Politoloq
23-01-2026, 14:42
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yayıb
23-01-2026, 14:22
Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb
23-01-2026, 12:17
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
23-01-2026, 11:22
Zahid Oruc: Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var
23-01-2026, 08:59
Putin Trampın elçiləri ilə nəyi müzakirə edib?
23-01-2026, 00:06
Ərdoğan: Türkiyə İranda sabitliyə böyük əhəmiyyət verir
22-01-2026, 22:20
Deputatlar Konqresinin sədri Azərbaycana gəlib - Foto
22-01-2026, 14:35
Tramp: "Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır"

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər