Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 12-01-2017 12:29 | Bölmə: Siyasət
Deputat Fazil Mustafa ilə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun dini mövzudakı mübahisələri dərinləşib.
Qeyd edək ki, S.Cəlaloğlu "Qafqazinfo”ya müsahibəsində Fazil Mustafanı nurçu olmaqda və məzhəbçilikdə ittiham etmişdi. Fazil Mustafa isə S.Cəlaloğlunu İranpərəstlikdə suçlayıb, Xomeyninin tör-töküntüsü adlandırıb.
Fazil Mustafa bu mövzuda yenidən sərt açıqlama ilə çıxış edib.
Reyting.az Modern.az-a istinadla xəbər verir ki, Fazil Mustafa bildirib:
"Sərdar Cəlaloğlu belə bir açıqlama verib ki, guya Fazil Mustafa deyib ki, bütün şiələr siğədən doğulanlardır. Əhsən İran xüsusi xidmət orqanlarına, düşünüblər ki, mənim üzərimə daha həyasız bir böhtançını salsalar, öz ölkəmizə qarşı hücumlara müqavimətimizi azalda bilərik. Mən isə xeyli konkret adamam”.
Deputat xəbərdarlıq edib ki, Sərdar Cəlaloğluna və onun kimi düşünənlərə üç gün vaxt verir.
"Hansısa kitabımda, məqaləmdə, statusumda belə bir cümləni tapıb bu müddət ərzində ortaya çıxarmasalar bu sözü birbaşa və yalnız Sərdar Cəlaloğluna aid edəcəyəm. Və hər yerdə Sərdar Cəlaloğlu adı gələndə sadəcə şərəfsiz bir böhtançı sözünü işlədəcəyəm. Çünki bu böhtançı ifadə ilə Sərdar Cəlaloğlu mənim də əziz insanlarımı təhqir edib. Adama Qumdan çox təlimat gələr, açıb bir içərisini oxuyub düşünər ki, nəyi açıqlayım, nəyə susum.
O iddia edir ki, guya bizim tərəfimizdən Azərbaycana Suriya senarisi gətirilir. Buna da Suriyada yalançı cihad çağrışları ilə gedənlərə qarşı mövqeyimi ifadə edən bir neçə il ərzindəki yazıları və statusları dərc etməklə cavab verəcəyəm. Bu, Qum saatı ilə işləyənlər elə bilirlər ki, yalan və böhtan üzərindən bu ölkədə öz təbliğatlarını genişlədə biləcəklər. Azərbaycanın sağlam düşüncəli vətəndaşları öz dövlətinə və vətəninə sədaqətlə bu ssenarilərin qarşısını almağa qadirdir”,-deyə o əlavə edib.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər