Perinatal Mərkəzə baş həkim təyin olunub
Tarix: 19-06-2023 15:15 | Bölmə: Cəmiyyət
Perinatal Mərkəzə baş həkim təyin olunub

Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə direktor müavini - baş həkim təyin olunub.

Reyting.az
xəbər verir ki, muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxovun müvafiq əmri ilə Kifayət Məmmədova mərkəzin direktor müavini - baş həkim təyin edilib.

Qeyd edək ki, 1969-cu ildə Naxçıvanda doğulan K.Məmmədova Naxçıvan şəhər 5 nömrəli məktəbdə təhsil alıb.

Rusiyanın İrkutsk Dövlət Tibb Universitetini bitirib. O, Türkiyə, İsrail və Rusiya universitet və xəstəxanalarında çalışıb, doğum və cərrahiyə üzrə ixtisasartırma kursları keçib(Report).




Bölməyə aid digər xəbərlər