Tarix: 26-04-2016 13:17 | Bölmə: Cəmiyyət
Səudiyyə Ərəbistanı bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlara xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilib ki, qaydaları pozanlar ölüm hökmünə də məhkum oluna bilər.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, zəvvarlarla imzalanan müqavilənin xüsusi müddəa bölümünün 4.7-ci bəndində qeyd olunub ki, narkotik vasitələrin, spirtli içkilərin və təbliğat xarakterli ədəbiyyatların Səudiyyə Ərəbistanına gətirilməsi qəti qadağandır. Ölkəyə narkotik aparanlar ölüm hökmü (edam) cəzasına məhkum edilir.
Bölümün 4.8-ci bəndində isə deyilir ki, buna görə təşkilatçı (QMİ) məsuliyyət daşımır.
Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500 nəfər müəyyənləşib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə bahadır.
Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub.Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.
APA.AZ
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək