Ağacları kəsən şəxs məsuliyyətə cəlb olunub
Tarix: 05-01-2024 10:18 | Bölmə: Cəmiyyət
Ağacları kəsən şəxs məsuliyyətə cəlb olunub

İmişli rayonun Məmmədli kəndi ərazisində qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən Əliyetməzli kənd sakini Ə.Mehdiyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Reyting.az-a bildirilib ki, polis kəsilmiş ağacları maddi sübut kimi götürüb.

Təbiətə ziyan vuran Ə.Mehdiyev barəsində protokol tərtib olunub və o, qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.




Bölməyə aid digər xəbərlər