15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
"Vüqar Qurbanov təcili yardımı çökdürüb..." - Sabiq baş həkimdən şok ittihamlar
Tarix: 18-01-2024 17:26 | Bölmə: Cəmiyyət

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) məhkəməyə verib.
Səbəb isə R.Nağıyevin 2023-cü ilin dekabr ayında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə işdən çıxarılmasıdır. Bakı İnzibati Məhkəməsinə müraciət edən Rauf Nağıyev işə bərpa edilməsini tələb edir.
Məsələ ilə bağlı Bakupost.az-a danışan Rauf Nağıyev sensasion açıqlamalr verib. O bildirib ki, bir neçə dəfə TƏBİB-ə təcili yardımla bağlı problemlərin həll edilməsi üçün təkliflər verib. Həmin təklifləri nəzərə almaq əvəzinə, onun özünü vəzifədən uzaqlaşdırıblar:
"Bakıda əhalinin sayı artıb. Təbii olaraq, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən çağırışların da sayı artıb. Poliklinikalar düzgün işləmir, xəstəxanalar bərbad vəziyyətdədir. Bunları gücləndirmək lazımdır ki, bütün güc təcili yardıma düşməsin. Bütün bu çətinliklərə baxmayaraq, mən neçə vaxtdır ki, 140 briqada ilə bu qədər çətin işin öhdəsindən gəlirdim. Hətta pandemiya vaxtı da işimin öhdəsindən məharətlə gəldim. İkinci Qarabağ müharibəsi zamanı 38 briqadanı cəbhəyə göndərdilər. Orada da hər kəs bu briqadanın işindən danışdı. Mənim briqadama əsgərlər əl çalıblar ki, həkimlər gəliblər. Onların cəbhə bölgəsində yaralı əsgərlərə vaxtında tibbi yardımın göstərilməsində müstəsna xidmətləri var. Mən Əməkdar həkim, səhiyyə əlaçısı, Müdafiə Nazirliyinin təşəkkürnaməsini alan, Vətənə layiqincə xidmət edən həkiməm. Bütün bunlara baxmayaraq, bir aydır ki, məni Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasındakı işimdən uzaqlaşdırıblar. Mənim əməyim niyə qiymətləndirilmədi? Bunlar nə edib, nə yaradıblar? Avtobazanı? 103-lə 113-ü birləşdiriblər, çabalıyırlar, hələ də bir iş görə bilməyiblər".
R.Nağıyev qeyd edib ki, o, işdən uzaqlaşdırdığı müddət ərzində təcili yardımın işi çöküb:
"Bir-iki aya əhali bunun nəticəsini görəcək. Tədricən təcili yardımın işi tamam çökəcək. Çünki texniki bazası yoxdur, köhnə bazanın üstündə işləyir. Artıq orada zəncir qırılıb. Hər kəs işə müdaxilə edir. İş qalıb qıraqda, bunlar çək-çevirlə məşğuldurlar. Təsərrüfat işi ilə məşğul olmaq işin təşkili deyil. İşin təşkili briqadaların sayının artırılması və əhaliəyə vaxtında keyfiyyətli xidmətin göstərilməsidir. Dəfələrlə təkliflər yazıb təqdim etmişəm ki, hansı tədbirlər görülməlidir. Ancaq qəbul olunmayıb. Nə deyirdim, cavab bu olurdu ki, olacaq, eləyəcəyik. Axı bununla iş getmir. Bir gün orada hansısa qəza baş versə, necə olacaq, vəziyyətdən necə çıxacaqlar?”
Sabiq baş həkim deyir ki, o, heç bir əsas olmadan vəzifəsindən uzaqlaşdırılıb:
“Mənin 63 yaşım var. 70 yaşına kimi işləyə bilərdim. Amma məni "əmək müqaviləsinin müddəti bitib" bəhanəsi ilə işdən uzaqlaşdırdılar. Ayın 14-ü işimə xitam verib, 15-i ünvanıma göndəriblər, 20-si də məktub mənə çatıb. Bildiriblər ki, gəlib əmək kitabçamı götürüm. Əmək Məcəlləsinə görə, mən hələ fəaliyyətimi davam etdirməliydim. Əgər müqavilənin müddəti bitmişdisə və mən işdən azad olunacaqdımsa, iki ay öncədən mənə məlumat verilməliydi. İkincisi, mənə işdən azad olunmağımın səbəbi deyilməli idi. Əsas göstərilməliydi ki, məni hansı səbəbdən işdən azad ediblər. Əmək müqaviləsinin müddətinin uzadılmamasının səbəbi də deyilməli idi. Mənim kifayət qədər iş stajım var. Hansı əsasla mənə iş stajı müddəti qoyulur? Onların mənə müddət qoymağa heç bir ixtiyarları yoxdur axı. 2015-ci ildən mən bu işdə çalışıram. Nə olsun ki, müəssisənin tabeçiliyi dəyişdirilib. Axı o həmin müəssisədir, mən həmin işdə və həmin işçilərlə çalışıram. Onların etdikləri qanunsuzluqdur, məmur özbaşınalığıdır. Qanunları bilmirlər. Müəssisəni Müşahidə Şurasının qərarı ilə birləşdiriblər. Bütün bunlar Baş nazirin müvafiq əmri, Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyinin razılığı ilə həyata keçirilməlidir. Belə-belə insanları məhv edirlər. Həkimi işə götürür, müddət qoyrlar, istədiklərinə iş verir, istədiklərini çıxarırlar. Mən hazırda işsizəm”.
Rauf Nağıyevin dediyinə görə, ölkənin pandemiyadan çıxmasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının böyük xidmətləri olub:
“Pandemiya vaxtı qapıları bağlayırdılar, xəstələri götürmürdülər. Amma biz həmin dövürdə əhalini vəziyyətdən çıxarmaq üçün rayonlardan xəstə daşıyırdıq. O dövrdə xəstəxanalardan nələr baş verdi, kimlər tutuldu, hamınız gördük, amma bizim heç bir qüsurumuz olmadı. Saatlara xəstə qalırdı maşında, oksigen balonları daşıyırdım ki, xəstələr boğulmasın. Hələ o zaman min problem yaradırdılar. Azərbaycan dövlətinin qanunları qalıb kənarda, bunlar öz “qanunları” ilə işləyirlər. Əgər TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov öz işini qiymətləndirsəydi, mənim işimə toxunmazdı”.
Rauf Nağıyev qeyd edib ki, o, illər öncə 20 Yanvar hadisələri, 1994-cü il martın 19-u və iyulun 3-də Bakı metropolitenində baş verən partlayış, Binəqədi rayonu ərazisində binanın yanması, Birinci və İkinci Qarabağ müharibələri zamanı xidmət göstərib:
“Hətta bir neçə dəfə Prezident öz çıxışlarında təcili yardımın işindən, səmərəli fəaliyyətindən danışıb. Bizim briqada ölkədə təşkil olunan mötəbər yarışlar, olimpiadalar, tədbirlər zamanı səmərəli fəaliyyət göstərib. O vaxt mən Bakı Baş Səhiyyə İdarəsində müavin işləyəndə nazir məni çağırıb dedi ki, ölkədə olimpiada keçiriləcək, təcili yardım pis vəziyyətdədir. Get oranı toparla, biabır olmayaq. Mən cəmi bir aya təcili yardımı qaydasına saldım. Bir aya mən orada az qala hərbi qayda-qanun yaratdım. O boyda işlərin öhdəsindən gəldim. Əgər işim, fəaliyyətim pis idisə, niyə o vaxt TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov yeni təyin olunanda məni işdən çıxarmadı. Üstündən bu qədər müddət keçdikdən sonra çıxardı.
Mən bu adamı əvvəldən tanıyırdım. Kiminsə kimdən xoşu gəlmir, dostudur, dostu deyil, şəxsən bəyənmir, müsbət və ya mənfi tərəfə fikirləri var, bu, şəxsi məsələlərdir. Şəxsi məsələləri işə qatmaq düzgün deyil. Şəxsi münasibətlər başqa, iş münasibətləri başqadır. Bunları bir-birinə qatmaq olmaz. Mənim də çox adamla dostluğum var, çox adamla gərginliyim olub. O başqa məsələdir, onun işə dəxli yoxdur. İşdə qanunlar, Əmək Məcəlləsi işləməlidir, şəxsi maraqlar yox. Ancaq bunlar özbaşına işlər görürlər. Ona görə də haqqımı məhkəmə qaydasında müdafiə edəcəyəm”.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək