15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: məhkəmə prosesi keçirilib
Tarix: 23-01-2024 13:52 | Bölmə: Cəmiyyət

Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunaraq tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Reyting.az APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində dindirilən N saylı hərbi hissəsinin maliyyə xidmətinin rəisi Musa Məmmədov deyib ki, onun tərəfindən maliyyə yoxlamaları zamanı 455 min manat ziyan vurulması müəyyən edilib. O bildirib ki, hərbi hissəyə ayrılan pullar nağdılaşdırılıb və korpusun maliyyə xidmətinin rəisi olmuş Rasim İbrahimova məruzə edilib. Rasim İbrahimov və Emin Poladov onun xidmət etdiyi hərbi hissədə təftiş aparıblar. Şahid deyib ki, hərbi hissəyə ayrılan vəsaitdən mənimsənilən pulun 60 faizini onlara verib, qalan 40 faizini isə özünə götürüb.
M.Məmmədov bildirib ki, onun tərəfindən mənimsənilən vəsaitin 265 min manatını ödəyib, qalan vəsaiti də hissə-hissəyə ödəyəcək.
Təqsirləndirilən Cəlal Kazımov deyib ki, şahid M.Məmmədov tərəfindən xidmət etdiyi hərbi hissədə başqa bir hərbi hissədə xidmət edən guya Füzuli Ələkbərov adlı şəxsin adına 17500 manat köçürüb. Onun sözlərinə görə, bu, istintaq sənədlərində müəyyən edilib.
Şahid isə bunun düzgün olmadığını, Füzuli Ələkbərovun kartına vəsait köçürmədiyini deyib. Suallara cavab verən şahid deyib ki, real olmayan şəxslərin adına kartlar açıblar və pulları həmin formada mənimsəyiblər.
Təqsirləndirilən Cəlal Kazımov isə deyib ki, əvvəlki iclaslarda da mövcud olmayan şəxslərin adına kartlar açılması, pulların həmin kartlara əməkhaqqı adı altında köçürülməsi barədə iddialar səsləndirilib:
“Burada hamı nağıl danışır, belə kart açdıq, pulları belə köçürdük. Bunun mümkün olmadığı məlumdur. Bir neçə maliyyə xidmətlərinin rəisi var ki, onlar şəxsi adlara pul köçürüblər. Amma həmin pulları niyə köçürüblər? Bu, bəlli deyil. Bunları da istintaqda demişəm”.
Digər şahid Yaşar Rzayev də hərbi hissədə maliyyə xidmətinin rəisi olub. O, xidmət dövründə maliyyə pozuntusuna yol verildiyini bildirib. Qeyd edib ki, hərbi hissələrdən birində aparılan yoxlamadan ona 280 min 685 min manat əlavə pul qalıb: “Həmin pulu da özümə götürmüşəm. Bir səhvdi etmişəm. Bununla bağlı təftişə gələnlər olub. Onlara həmin puldan vermişəm. Ümumilikdə hərbi hissədə 4 dəfə yoxlama aparılıb”.
Y.Rzayev deyib ki, təftişə gələnlərdən birinə rəhbərliyi Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi olmuş Rəfael Xələfov edib: “Həmin vaxt Rafael Xələfova 164 min manat vermişəm. Ümumilikdə 4 il ərzində 963 min manat təftişçilərə vermişəm”.
Y.Rzayev bildirib ki, 2019-cu ildə Büdcə və Maliyyə İdarəsində planlaşdırma şöbəsinin rəisi təyin olunub. Onun sözlərinə görə, onların işi şəxsi heyətin iş planını müəyyən etməkdən ibarət olub.
Təqsirləndirilən Nizami Məmmədov deyib ki, şahid Yaşar Rzayev onun kadrı olub: “Yaşar Rzayevi mən hərbi hissəyə maliyyə xidmətinə rəis göndərmişəm. Bir neçə ildən sonra dedi ki, rəis, təqaüdə çıxacam, məni yüksək vəzifəyə gətir, təqaüdə çıxanda pensiyam yüksək olsun. Onu idarədə planlaşdırma şöbəsinə gətirdim. 2017-ci ildə Rafael Xələfov yoxlama aparıb. Bu da mənə bir söz deməyib. Belə çıxır ki, Rafael Xələfovla birləşib iş görüblər. Rafael Xələfov bu işçini çox tərifləyirdi, deyirdi ki, yaxşı işçidir, qabağa çəkmək lazımdır. Rafael Xələfov bildirdirdi ki, belə işçiləri qabağa çəkmək lazımdır, qoy yaxşı işçilərlə bağlı and içməyə yerimiz olsun. Amma indi məlum olur ki, Rafaellə əlbir olub, iş görüblər. Dəfələrlə qəbulumda olub. Amma mənə bir dəfə də olsun ki, Rafaelin qanunsuz iş görməsini deməyib. Desəydi, tədbir görərdim”.
Şahid deyib ki, Rafael Xələfovla heç bir işbirliyi halı olmayıb.
Digər şahid Əli Qədirli isə deyib ki, maliyyə yoxlamaları zamanı onun tərəfindən dövlətə 400 min manat ziyan vurulması müəyyən edilib. O, 2019-cu ildə maliyyə xidmətinə rəis təyin olunduğunu bildirib: “Məndən əvvəl də belə olub. Pullar hesaba köçürüləndən sonra məbləğlərin şişirdilməsi nəticəsində bir qismi mənimsənilib. 2019-cu ildə həmin vəzifəyə gələndə vəziyyəti belə görmüşəm”.
Şahid qeyd edib ki, iki dəfə yoxlamanı təqsirləndirilən Bayram Bayramov aparıb: “Üçüncü dəfə isə yoxlamaya Rafael Xələfov 4 nəfərlə gəlmişdi. Yoxlamalar zamanı bilinməyən məbləğlərin olması müəyyən edildi. Həmin vəsaitin də 50 faizini Rafael Xələfov götürdü”.
Əli Qədirli ifadəsində dövlətə onun tərəfindən dəymiş ziyanın 50 min manatını ödədiyini deyib. Bildirib ki, qalan məbləği də yaxın zamanlarda ödəyəcək.
Bundan sonra ifadə verən şahid Samir Həmidov deyib ki, şərti olaraq 26 nəfərin adına əməkhaqqı kartı açıblar: “Həmin şəxslərin ad və soyadları mənim tərəfimdən şərti adlar altında yazılıb. Həmin adları banka təqdim etməklə əməkhaqqı kartı açılıb. Pullar da həmin kartlara köçürülüb. Bundan sonra tərəfimizdən həmin pullar nağdılaşdırılaraq götürülüb”.
Şahidin ifadəsi ilə bağlı arayış verən Nizami Məmmədov deyib ki, mövcud olmayan şəxslərin adına bankda əməkhaqqı kartı açmaq mümkün deyil: “Bu, uydurmadır. Şəxsi heyətlə bağlı hərbi hissə komandiri tərəfindən banka siyahı təqdim olunub. Şəxsiyyət vəsiqəsini təqdim etməklə şəxsi heyət üzvlərinə əməkhaqqı kartı açılıb”.
Bu məsələ ilə bağlı arayış verən digər təqsirləndirilən Cəlal Kazımov deyib ki, 2013-cü ilə kimi əməkhaqqı kartları hərbi vəzifə kartını banka təqdim etməklə açılıb: “Amma 2013-cü ildə Zakir Həsənov nazir vəzifəsinə gələndən sonra hərbçilərə əməkhaqqı şəxsiyyət vəsiqəsi əsasında verilməyə başlanıb. Həmin vaxtdan da hərbçilərin əməkhaqı kartlarının alınması üçün banklara şəxsiyyət vəsiqələri təqdim olunub. O dövrdən banka şəxsiyyət vəsiqəsi təqdim etmədən əməkhaqqı kartı alınması mümkün deyil”.
Şahid qismində daha sonra Sahil Mehdizadə ifadə verib. Sahil Mehdizadənin ilkin ifadəsi ilə məhkəməski ifadəsi arasında ziddiyyətlər yaranıb. Belə ki, o, ifadəsində mənimsəmə kimi qeyd edilən müəyyən miqdarda vəsaitin hərbçilərə ödənildiyini deyib. İstintaqda isə həmin vəsaitin mənimsənildiyi qeyd edilən akta qol çəkərək təsdiq edib.
O, vəkil Rəşad Mirmehdizadənin bunun səbəbi ilə bağlı suallarına cavab verməyib.
Daha sonra digər şahidlər - Fərrux Xəlilov, Yasin Şahverdiyev, Təyyar Fərəcov, Yasin Davudzadə, Nicat Qurbanov, Nicat Yusifov, Taleh Hüseynov və İbadulla Əliyev ifadə veriblər. Onlar da işlədikləri hərbi hissələrdə qanunsuzluqlara yol verdiklərini, dövlət büdcəsindən ayrılan vəsaitin mənimsənilməsinə yol verdiklərini deyiblər.
Onların mənimsədikləri vəsaitlərin bir qismi ödənilib, böyük hissəsi isə hələ də ödənilməyib.
Proses yanvarın 26-da davam etdiriləcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək