Tarix: 13-05-2016 11:37 | Bölmə: Cəmiyyət

Şamaxı rayon Pirbəhli kənd orta məktəbində təhsil alan şagirdin hamilə qalması Təhsil Nazirliyi hərəkətə gətirib.
Reyting.az saytı Modern.az-a istinadən xəbər verir ki, bu barədə Şamaxı Rayon Təhsil Şöbəsinin adının çəkilməsini istəməyən vəzifəli şəxsi məlumat verib. Məlumatda iş üzrə araşdırma aparıldığı da bildirilib:
"Hazırda hüquq-mühafizə orqanlarında işə baxılır. Prokurorluğun müvafiq qərarından sonra nəticələr barədə geniş açıqlama veriləcək”.
Qurum rəsmisi təhsil naziri Mikayıl Cabbarovun məsələni nəzarətə götürdüyünü də vurğulayıb:
"Hazırda Şamaxı rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev Bakıda nazir Mikayıl Cabbarovun qəbulundadır. Hadisə necə olub, həkim hansı rəyi verib, bilmirəm...
Hazırda cənab nazirin göstərişinə uyğun olaraq, həmin məktəbə gedirəm. Məktəb direktoru və müəllimlərin, məktəbin həmkarlar təşkilatının izahatı alınacaq. Araşdırmalardan sonra nazirin göstərişinə uyğun qərar qəbul ediləcək”.
Qeyd edək ki, rayonun Pirbəhli kənd məktəbinin 9-cu sinif şagirdi müəllimi İbrahimov Elnur Həsənağa oğlundan hamilə qalıb, onun hamiləliyin artıq 7-ci ayında olduğu bildirilir.
Məktəblinin valideynləri dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsələr də, cinayətin açılmasına E.İbrahimovun mane olduğu bildirilir.
Belə ki, müəllimin səyi nəticəsində Şamaxı Rayon Məhkəmə tibb eksperti Məmməd Abdulrahibov 7 aylıq hamilə olan 15 yaşlı şagirdin bakirə olduğu haqda rəy verib.
Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma gedir.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək