Tarix: 26-05-2016 13:03 | Bölmə: Cəmiyyət

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə dindarları Dağlıq Qarabağ uğrunda səfərbər olmağa çağırıb.
QMİ-də Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə Şeyxülislam bildirib ki, dindarlar da vətən uğrunda özlərini əsgər yerində görməlidirlər, çünki dində Vətəni qorumaq imandandır.
Şeyxülislam İran-İraq müharibəsini misal gətirərək deyib ki, o vaxt səngərdə ön cərgədə döyüşən başı əmmaməli dindarlar olub: "Başlarında əmmamə, əllərində avtomat vuruşurdular. Niyə? Çünki Vətən uğrunda döyüşmək imandandır. İndi biz də niyə səngərdə olmamalıyıq?! Mən demirəm ki, bu saat əlimə silah alıb səngərə gedirəm. Əlbəttə ki, Ali Baş Komandan müharibə əmri verən kimi gedəcəyik. Amma hazırda ən azı hər bir minbər biz dindarlar üçün səngər olmalıdır. Bunu dərk etməliyik. Moizələrimizdə özümüzü əsgər kimi hiss etməliyik. Biz Vətənimizi işğaldan azad etməliyik və edəcəyik”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək