Tarix: 30-05-2016 11:01 | Bölmə: Cəmiyyət

Ötən həftə Baş nazir Artir Rəsi-zadə "Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətlərinin bir qismininin Fövqəladə Hallar Nazirliyi (FHN) ilə Energetika Nazirliyi (EN) arasında bölüşdürülməsi haqqında qərar verdi.
Qeyd edək ki, bununla bağlı xəbərlərdə "Azəriqaz”ın Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin 01.05.2016-cı il tarixdən FHN-nin tabeliyinə verilməsi göstərilib.
Reyting.az Mia.az-a istinadən xəbər verir ki, əslində "Azəriqaz"ın Qaz İstismarı idarələrində fəaliyyət göstərən Təmir-bərpa xidmətinin tabeliyində olan "104 telefon xidməti”, eləcə də Regional qaz istismarı idarəsində şöbə kimi fəaliyyət göstərən Texniki istismar xidmətləridə FNH-nin nəzarətinə keçəcək. Energetika Nazirliyinin tabeliyinə isə Regional qaz istismarı idarələrində fəaliyyət göstərən İstehlakçılara satılan qaza nəzarət şöbəsi və texniki nəzarət şöbə veriləcək.
Məlumatda o da bildirilir ki, yaxın gələcəkdə Sayğacların Qəbulu və İstismarı Xidməti və Smart Tipli Saygacın Tətbiqi və Nəzarəti Şöbəsi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, Layihə-smeta və Ekspertiza, Yeni Qazlaşma və İnkişaf, Qaz Təsərrüfatı obyektlərinin qazlaşdırılması üzrə Layihə, Yaşayış Məntəqələrinin Qazlaşdırılması üzrə şöbələrininisə"Asan xidmət”in sərəncamına verilməsi gözlənilir.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək