15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
İrəvanlı alimlər - Siyahı
Tarix: 29-07-2025 11:22 | Bölmə: Cəmiyyət

Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərində məşhur alimlər yetişiblər. Onlar türk, ərəb və fars dillərində elmi və bədii əsərlər yazaraq, dünya kitab xəzinəsini zənginləşdiriblər.
İrəvanlı alimlərin həyat və yaradıcılığının öyrənilməsi günümüzün vacib məsələlərindən biridir. Onlardan bəziləri Azərbaycan ərazisində, bəziləri isə sonralar təhsillərini davam etdirmək üçün müxtəlif elm və mədəniyyət mərkəzlərində yaşamalarına baxmayaraq, ömürlərinin sonuna qədər İrəvani nisbəsi ilə elmi fəaliyyətdə olublar. Bu alimlər haqqında indiki və gələcək nəsillərə məlumatların çatdırılması üçün apardığımız tədqiqat nəticəsində aşağıdakı siyahını tərtib etmişik:
Abd bin Əbdülhüseyn əl-İrəvani Nəcəf fəqihi olub və hicri 1301-1354-cü (m.1884-1935) illərdə yaşayıb. Mənbələrdə onun “Haşiyət əl-məkasib” və “Risalət əməliyyət” adlı əsərlərin müəllifi olduğu bildirilir.(10, II, s.39)
Axund Molla Məhəmməd Əli Əsir Qafqazın məşhur islam alimlərindən biri olub. Doğum tarixi məlum olmasa da, mənbələrdə hicri tarixi ilə 1290-cı (m.1873 ) ildə vəfat etdiyi yazılıb. Şagirdi və qohumu Sadrazam Mirzə Ağasi olub (9,s.179).
Axund Molla Kərim bin Həsən İrəvani haqqında məlumat çox azdır və hicri XIII əsrdə yaşadığı bildirilir. Seyyid Məhəmməd Mucahid ət-Tabatabainin tələbəsi olan alimin fiqhə dair “əl-Müxtəsər” adlı əsəri var. (2,III,s.2398) Əsərin əlyazma nüsxələri dünya əlyazmalar kitabxanasında mühafizə edilir.
Ağa Mirzə Məhəmməd bin Ağa Mirzə İrəvani dövrünün məşhur tibb alimi olub. Doğum tarixi məlum olmasa da, vəfat tarixi təqribən hicri 1303-cü (m.1885) ildən sonra olduğu bildirilir. Dünya əlyazma kitabxanalarında tibbə dair onun “Həyat əl-insan” adlı əsəri mühafizə edilir. (2,V,s.3270)
Aşüftə İrəvani dövrünün məşhur şairi olub, əsl adı Kəlb Hüseynbəydir. Ailəsi İrəvanın tanınmış ailələrindən olub. Vilayət şeyxulislamı Hacı Molla Məhəmmədin qardaşı oğludur. Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən iki cüngdə (A-122, A-84) onun şeirlərindən nümunələr var. Cünglərin birinin (A-84) tərtib edilmə tarixi hicri 1208-ci (m.1793) il olduğu üçün təqribən Aşüftə rəvaninində miladi XVIII əsrdə yaşadığı ehtimal olunub. (10, s.192,8,s.35)
Aşub İrəvani dövrünün istedadlı şairlərindən olub, əsl adı Mirzə İsmayıldır. Miladi XVIII əsrdə yaşamış şair Fətəli şah Qacarı mədh edən şeir və qəsidələr yazıb. Əlyazmalar İnstitutunda mühafizə edilən iki cüngdə (B-84, B-114) onun şeirlərindən nümunələr var. (10,s.193; 8,s.35)
Bidil İrəvani tanınmış zadəganlar ailəsindəndir, əsl adı Paşaxan olub. Miladi tarixi ilə XIX əsrdə yaşayıb. Onun Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən cünglərdə (B-1969, B-1883 və s.) məhəbbət şeirlərindən nümunələr var. (10, s.193)
Daniş Mirzə Rzaxan Ürfəüddövlə hicri təqvimi ilə 1270-ci (m.1853) ildə Təbrizdə anadan olub. O, “Daniş” ləqəbi ilə məşhur olan Hacı Hüseyn İrəvaninin oğludur. Mirzə Rzaxan İran dövlətinin Tiflis, İstanbul və Piterburqda olan səfirlik və konsulluğunda çalışıb. O, “Müntəxabati-Danış”, “Risaleye-rüşdiyyə” və s. adlı əsərlərin müəllifidir. (10, s.187-188; 8, s.74)
Dəlil İrəvani Fəthəli şahın müasirlərindəndir. O, Fəthəli şahın mədhinə bir qəsidə qoşub və qəsidənin axırında İrəvan məscidinin təmir edilməsinin tarixinə (1238/1822) işarə edib. (8, s.77).
Əbdülkərim İrəvani 18-ci əsrin sonlarında İrəvan şəhərində anadan doğulub. İlk təhsilini İrəvanda alıb, sonralar Ərdəbildə oxuyub. Ərəb və fars dillərinin mükəmməl bilən alim bir müddət Kərbəlada Seyyid Əli Təbatəbainin fiqh dərslərində iştirak edib. Əbdülkərim ictihad məqamına çataraq Kərbəlada fiqhdən dərs deyib. Bir neçə ildən sonra isə Qəzvin şəhərinə köçüb və orada müəllimlik fəaliyyətinə davam edib. Mirzə Həbibullah Rəşti, Məhəmməd Fazil İrəvani, Molla Ağa Qəzvini kimi məşhur müctəhidlər onun tələbələrindən olublar. Əsərlərinə gəldikdə, alimin ən məşhur əsəri “Rəsail dər üsuli bəraət”dir. Bu əsərdən başqa onun “Təharət” və “Riyazul-məsail” adlı haşiyələri də var. Şeyx Əbdülkərim İrəvani təxminən hicri 1275-ci (m.1858) ildə Qəzvin şəhərində vəfat edib. (9,s.36-39).
Əbdülkərim Mollabaşı İrəvani hicri 1220-ci (m.1805) ildə İrəvanda anadan olub. İlk təhsilini dövrünün tanınmış alimi olan atası Əbdülqasım İrəvanidən alıb, sonralar isə Təbrizə köçərək orada bir çox məşhur alimlərdən elm öyrənib. O, ərəb və fars ədəbiyyatı ilə yanaşı fiqh sahəsində də məşhur idi. Xalq savad və ləyaqətinə görə ona “Mollabaşı” ləqəbini vermişdi. Mollabaşı fəqih olmaqla yanaşı ərəb və fars ədəbiyyatını da yaxşı bilirdi. O, “Qəvaidi-zəbani-parsi”(Fars dilinin qaydaları) və “Müxtəsər əl-əruz” adlı kitabların müəllifidir. Hər iki əsər hicri 1262-ci (1846) Təbrizdə nəşr olunub.
Əbdülkərim hicri 1294-cü (m.1877) ildə vəfat edib. (9,s.39; 10, s.179).
Əbülqasım İrəvani Mirzə Məhəmməd Həkim İrəvaninin oğlu və Abbas Mirzə Naibüssəltənə zamanındakı həkimlərdən olub. Hicri 1187-ci (m.1773) ildə İrəvanda dünyaya göz açıb. İlk təhsilini İrəvanda aldıqdan sonra təhsilini davam etdirmək üçün İsfahana gedir. İsfahanda məşhur fəlsəfə və hikmət alimlərindən dərs alır. Fiqhdən dərs almaq üçün isə Nəcəf şəhərinə gələrək Seyyid Əli Təbatəbainin dərslərində iştirak edir. Təhsilinin bitirdiksən sonra Ağa Seyyiddən müctəhidlik icazətnaməsi alıb. Əbülqasim fəqih olmaqla yanaşı tibb sahəsində də geniş biliyə sahib olub və xəstələri müalicə edib.
Böyük fəzilət sahibi və alim hicri 1237-ci (m.1821) ildə Təbrizdə vəfat edib. (8,s.110; 9, s.57-58;10,s.177).
Əbdülcabbar İrəvani hicri 1337-cı (m.1820) ildə İrəvanda anadan olub. Sonralar təhsilini Nəcəfdə davam etdirib, üsul, fiqh və fəlsəfəni öyrənib. Təhsilini bitirdikdən sonra İrəvana dönür və tədrislə məşğul olur. Bir müddət sonra alim Marağaya köçür və orada islam elmlərini tədris edir.
Alim hicri 1341-ci (m.1922) ildə 102 yaşında Marağada dünyasını dəyişir.(9,s.128)
Əli bin Əbdülhüseyn bin Əliəsğər əl-Hairi əl-İrəvani dövrünün məşhur fiqh alimi olub. O, hicri 1301-ci (m.1884) ildə doğulub. İlk təhsilini İrəvanda aldıqdan sonra Nəcəfdə Məhəmməd Kazım Xorasanidən və başqalarından dərs alıb. Sonralar isə Kərbəlada Əli Məhəmməd Təqinin fiqh dərslərində iştirak edir. Təhsildən sonra Nəcəfə dönür və ömrünün sonuna qədər tədrislə məşğul olur. “Kitab əl-xums”, “Kitab ət-taharət” kimi əsərlərin müəllifidir.
Alim hicri 1345-ci (m. 1926) ildə Nəcəfdə vəfat edib. (10, II, s.455).
Əli bin Qurban İrəvani haqqında mənbələrdə məlumat çox azdır. Onun fiqh alimi olduğu və təqribən hicri 1272-ci (m.1855) ildən sonra vəfat etdiyi bildirilir. Alimin dünya əlyazma kitabxanalarında mühafizə edilən əlyazma əsərləri var. (2, III, s.2111).
Hacı Qaffar İrəvani haqqında məlumatı onun hicri 1220-ci (m.1805) ildə yazdığı əsərin əlyazma nüsxəsinin müqəddiməsindən (B-155) öyrənə bildik. Alim fəqih olub və təqribən XIX əsrin birinci yarısına qədər yaşayıb. Nisbəsindən İrəvanlı olduğu aydındır. Alim Cəfəri fiqhinə dair sual-cavab şəklində fars dilində yazdığı əsərdə fətvaları Ağa Seyyidəli Tabatabainin əsərlərinə istinad etdiyini müqəddimədə yazıb. Əlyazma Qarabağ ədəbi mühitində yetişən istedadlı şair və tərcüməçi İbrahim Tahirin (v.1362/1943) şəxsi arxivində mühafizə edilir.
Həsən İrəvani öz dövrünün məşhur fəqihlərindən olub. Onun həyatı haqqında məlumat çox azdır. Alim tədrislə məşğul olub və tələbələr yetişdirib. Mənbələrdə onun hicri 1281-ci (m.1864) ildə həyatda olduğu bildirilir. Onun vəfat etdiyi tarix haqqında dəqiq mənbələrdə məlumat yoxdur. (9,s.49).
Hərif İrəvandan olan şairlərdəndir. Mənbələrdə onun şair olduğu və Abbas Mirzə Naibbüssəltənənin tərifinə bir qəsidə dediyi bildirilir (8,s. 387;10, s.194). Şair haqqında mənbələrdə başqa heç bir məlumat yoxdur. Füzili adına Əlyazmalar İnstitutunda mühafizə edilən iki cüngdə (B-1612, M-264) onun şeirlərindən nümunələr var.
Höccət Mirzə Məhəmməd İrəvani XIX əsrdə yaşamış İrəvanlı şairdir. Fəthəlixan Səbanın dediyi qəsidəyə cavab olaraq, İrəvan sərkərdəsi dilindən qəsidə yazıb. (8, s.392).
Mirzə Ağaəli Həkim İravani (Ləli) XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış İrəvanlı şairdir. Həyatı haqqında mənbələrdə məlumat çox azdır. Onun 1907-ci ildə müxtəlif məzmunlu şeirləri daxil olmuş divanı nəşr edilib.
Mirzə Əli İrəvani Nəcəfi müctəhid Əbdülhuseyn İrəvaninin oğlu olub, hicri 1301-ci (m.1884) ildə Nəcəfdə doğulub. İlk təhsilini Nəcəfdə məşhur alimlərindən alaraq, müctəhid məqamına qədər yüksələn alim əvvəlcə Samirra sonralar isə Kazimeyn şəhərinə gedir. O, bu şəhərlərdə də təhsilə davam edir. Şöhrəti hər yerə yayılan alimi əvvəl Kərbəlaya, sonralar isə Nəcəfə islami elmlərdən dərs deməyə dəvət edirlər. Dərs dediyi müddətdə bir çox alim yetişdirib. Bu alimlərdən Seyyid Mürtəza Şəbustəri, Əbdülhüseyn Gilani, Seyyid Hüseyn Qazinin adını çəkə bilərik.
Mirzə Əli tədrislə yanaşı əsərlər də yazıb. Bu əsərlərdən fiqhə dair “Kitab əl-xums”, “Kitab əl-təharət”, “Kitab əs-salət”, ”Kitab əl-həcc” və s. adını çəkə bilərik.
Alim hicri 1354-cü (m.1935 ) ildə vəfat edib. (9,s.108-115)
Mirzə Əlixan Ağa Mirzə oğlu İrəvani hicri 1261-ci (m.1845) ildə Təbrizdə doğulub. Ləli İrəvani adı ilə məşhurlaşan alim əvvəlcə Təbrizdə ticarətlə məşğul olur, sonralar isə İslam təbabəti ilə yaxından tanış olur. Tibb elmini Sadiq Mirzə Əbülhəsən Həkimbaşının yanında öyrənib. Mirzə Əlixan bir müddət sonra ticarətdən əl çəkib və təbiblik edib.
Təhsilini İstanbulda davam etdirən Mirzə Əlixan Təbrizə dönür və Müzəffəddin şahın xüsusi həkimi olaraq çalışır.
Onun möhüründə “Ləli həkim” sözləri həkk olunub. Ərəb ədəbiyyatını çox yaxşı bilən Ləli türk və fars dillərində şeirlər də yazıb. Onun Təbrizdə fars və türk dillərdə yazdığı şeirlər daxil edilmiş divanı iki dəfə çap edilib. Şeirlərin çoxu dini məzmunludur və Həzrət Hüseynə həsr olunub. Ömrünün sonunda Mirzə Əlixan Qafqaza, İstanbula və Misirə səfər edib.
Alim hicri 1325-ci (m.1907) ildə Tiflisdə vəfat edib. (9, s.134; 8, s. 189-190;10,s.188)
Mirzə Fəzləli əl-Mucəddid ət-Təbrizi əl-İravani hicri 1279-cu (m.1862) ildə Təbrizdə anadan olub. Atası məşhur alim Molla Əbdülkərim İrəvanidir. Öncə təhsilini Təbrizdə Mirzə Məhəmməd Həsən Zənuzinidən alıb. Sonralar isə təhsilini davam etdirmək üçün Nəcəfə gedir. Orada Fazil Şərəbyani, Zeynalabidin Mazandarani, Məhəmməd Hüseyn Kazimi və başqalarından dərs alır. Müvəffəqiyyətlə təhsilini bitirdikdən sonra ictihad icazəti alan Mirzə Fəzləli Təbrizə dönür.
O, müctəhid olmaqla yanaşı “Səfa” təxəllüsü ilə şeirlər də yazırdı. Alimin bir çox müxtəlif məzmunlu əsərləri də var. Bunlar “Hədayiq əl-arifin”, “Kilidi daneş dər sərf” və başqalarıdır.
Mirzə Fəzləli İrəvani hicri 1339-cu (m.1921) ildə müalicə üçün getdiyi Berlində vəfat edib və vəsiyyətinə görə orada müsəlman məzarlığında dəfn olunub. (9,s.135; 10, s.179-183; 2,II, s.456)
Mirzə Ağasi İrəvani adı ilə tanınan Hacı Mirzə Abbas məşhur alim Mirzə Müsəllimin İrəvaninin oğludur, İrəvanda anadan olub. İlk təhsilini İrəvanda alıb, sonralar Kərbəlada oxuyub.
Azərbaycana dönən Mirzə Ağası naibüs-səltənət Abbas Mirzə ilə tanış olur. Abbas Mirzə onu oğlu Məhəmməd Mirzəyə müəllim olaraq təyin edir. Məhəmməd Mirzə şahın dövründə isə Mirzə Ağası 13 il sədri-azəm kimi çalışıb. Məhəmməd şah vəfat etdikdən sonra isə Kərbəlaya dönən alim hicri 1265-cı (m. 1850) ildə orada vəfat edib Bir çox risalələrin müəllifidir. (9,s.179; 10, s.183-184)
Mir Məhəmməd Mirfətullayev İrəvani "Lək-lək" jurnalının naşiri və redaktoru olub. Qubernatorunun 21 yanvar 1914-cü il tarixdə Mirməhəmməd Mirfətullayev və Cabbar Əsgərzadəyə verdiyi icazəyə əsasən onlar həmin il fevralın 22-də İrəvanda satirik “Lək-lək” jurnalının ilk nömrəsini buraxıblar. “Lək-lək”-in 8 nömrəsi işıq üzü görüb.
Mirfətullayev həmçinin operettalar müəllifi olub. Bunlardan “Kefcil və kefcillər” adlı operetta 1916-cı ildə İrəvanda, “Qaradan artıq boyaq olmaz” və “Kərbəlai Güzəməlinin övrəti” adlı operettaları isə 1911-ci ildə Bakıda nəşr olunub.
Mövla Məhəmməd İrəvani haqqında məlumat çox azdır. Onun təqribən XVII əsrdə sonlarında yaşadığı və dövrünün məşhur ədib və fəqihlərindən olduğu məlumdur. Bir müddət Şirazda Mövla Sədr Şirazinin yanında oxuyub. Təhsildən sonra isə Mövla İrəvani tədrislə məşğul olub. (9,s.144-145)
Məhəmməd Bağır bin Məhəmməd Bağır İrəvani dövrünün məşhur fəqihi və müfəssiridir. Əvvəl Əli İbrahin əl-Qəzvinidən, sonralar isə Əli Həsən bin Cəfər Murtəza əl-Ənsaridən dərs alıb. Mənbələrdə onun “Haşiyət alə təfsir əl-Beyzavi”, “Risalət fi muqaddimət əl-vacib və məsail əl-zühd” adlı əsərlərin müəllifi olduğu bildirilir.(10, II,s. 145)
Müttələ dövrünün məhşur şairlərindən olub, divanı var. O, hicri 1312-ci (m.1894) ildə İrəvanda vəfat edib. “Əkinçi” qazetinin müxbiri olan Müttəle fars dilinin qratikası və şəriət qanunları haqqında risalələr yazıb (8,s. 235). Əlyazmalar İnstitutunda mühafizə edilən müxtəlif cünglərə (D-288, B-1481 və s.) onun şeir nümunələri daxil edilib.
Möhtac Hacı Əbülhüseyn İrəvani XIX əsrdə yaşamış İrəvanlı şairdir. O, imamlar haqqında fars dilində mədhlər yazıb. Onun divanının hicri 1289-cu (m.1872) ildə köçürülən bir əlyazma nüsxəsi (B-2069) Əlyazmalar İnstitutunda mühafizə olunur. Şair haqqında bu məlumatı əlyazmanın tədqiqindən sonra verə bildik.
Şeyx Əliəsgər İrəvani dövrünün fəqihi və kamil söz ustası olub. O, məşhur alim Məhəmməd Fazil İrəvaninin qardaşıdır. Atası Məhəmməd Bağır İrəvan şəhərinin seyyidlərindən, hörmət edilən şəxslərdən olub. Hicri 1243-ci (m. 1827) ildə Şeyx Əliəsgər İran-Rus müharibəsində iştirak etdikdən sonra, Qəzvinə köçüb. Qəzvində o, “Salehiyyə” mədrəsəsində fiqh, üsul və digər elmlərdən təhsil alıb. Sonra Kərbəla şəhərinə köçüb və orada tədrislə məşğul olub. Hicri 1309-cu (m.1891) ildə Şeyx Əliəsgər həccə gedib. Alim həcdən sonra Mədinə şəhərində vəfat edib və “Bəqi” məzarlığında dəfn olunub. (9,s.77-78)
Şeyx Əbdülhüseyn İrəvani Hairi Şeyx Əliəsğər İrəvaninin oğludur. Hicri 1250-ci (m.1835) ildə anadan olub. İlk təhsilini Kərbəlada alıb, daha sonralar Nəcəf şəhərində oxuyub. Nəcəfdə dövrünün məşhur alimlərindən olan Məhəmməd Fazil İrəvani, Zeynəlabidin Mazandarani və Mirzə Bərğani Qəzvinidən dərs alıb.
Alim hicri 1315-ci (m.1835) ildə Kəbəlada vəfat edib və Nəcəf şəhərinin “Vadeyüssəlam” məzarlığında dəfn olunub.(9,s.78)
Şeyx Musa Nəcəfi İrəvani Şeyx Əliəsğər İrəvaninin oğludur. O, dövrünün məşhur islam alimlərindən olub. Təhsilini Nəcəfdə, sonra isə Kərbəlada alan Şeyx Musa atası kimi məşhur din alimi olub.
Ömrü boyu dini təbliğ etmiş alim hicri 1299-cu (m.1882) ildə vəfat edib.(9,s.100-101)
Şeyx Məhəmməd ibn Məhəmməd Baqir İrəvani dövrünün məşhur alim, müctehid və fəqihlərindən idi. Daha çox Fazil İrəvani adı ilə məşhur olub. Atası, əmiləri və digər qohumları tanınmış müctehidlər olublar.
O, hicri 1335-ci (m.1917) ildə İrəvanda anadan olub. İlk təhsilini öz doğma şəhərində aldıqdan sonra, təhsilinə davam etmək üçün Kərbəlaya gedir. Orada Seyyid İbrahim Qəzvinin tələbəsi olur. Dörd il Kərbəlada təhsil aldıqdan sonra Nəcəfə köçür. Nəcəfdə Murtəza Ənsari, Məhəmməd Həsən Nəcəfi və başqa islam alimlərindən dərs alır. Üsul və fiqhdən dərs verməyə başlayan alimin şöhrəti hər tərəfə yayılır.
Fazil İrəvani bir çox elmi əsərin müəllifidir. Bunlardan “Usul əl-fiqh”, “Əl-istihsab”, “Haşiyət alə təfsir əl-Beyzavi” və s. misal göstərmək olar.
Alim hicri 1307-ci (m.1889) ildə Nəcəfdə vəfat edib. (10, III,630;9,117-120)
Yuxarıda təqdim etdiyimiz siyahıda İrəvanın məşhur alim və şairləri haqqında münkün qədər məlumat verilib. Lakin bir çox şairlərin həyatı və yaradıcılığı haqqında məlumat əldə edə bilmədik. Adlarına isə AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılan müəllifləri olduqları əlyazma kitab nüsxələrində rast gəldik. Misal kimi Dilsuz Mirzə Təqi İrəvani, Münşi İrəvani, Hüseyn İrəvani və Zülali İrəvani adını çəkə bilərik. Türkiyə və Azərbaycanda mühafizə edilən əlyazma əsərləri tədqiq etdiyimiz zaman irəvanlı xətt ustalarının katiblik etdikləri bir çox nüsxələr də ortaya çıxdı. İbn Həsən əl-Mədini əl-İrəvani, əl-Cani Məhəmməd İrəvani, Nurəli ibn Kərbəlayi Fətəli İrəvani belə xəttatlardandır.
İstifadə edilmiş ədəbiyyat
(Türk dilində)
1.Azərbaycan Sovet Ensiklopedisi II cild. Bakı,1982
2.Karabulut A.R. Dünya kütüphanelerinde mevcut islam kültür tarihi ile ilgili eserler ansiklopedisi.Kayseri,trh
3.Karabulut A.R. İstanbul və Anadolu kütüphanelerinde mevcut el yazması eserler ansiklopedisi. 4 cilt. Kayseri, trh
4.Məmmədov Z. Orta əsr Azərbaycan filosof və mütəfəkkirləri. Bakı, «Azərnəşr», 1986
5.Məmmədov Z. Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir. Bakı,«Elm», 1978
6.Mumtaz Arxivi F.24. s.v.200
7.Onullahi С. M. Təbrizin maarif və məktəb tarixindən (XIV-XV əsrlər) // AMEA-nın Xəbərləri
8.Tərbiyyət M. Danışməndi Azərbaycan. Bakı “Azərnəşr”1991
9.Vəlioğlu F. Azərbaycanın islam alimləri.Bakı,2000
10.Sərdariniya S. İrəvan müsəlman sakinli vilayət olmuşdur.(Fars dilindən tərcümə edən İ.Quliyev) Bakı, 2014
(Ərəb dilində)
11.Kəhhal Ö.R. Mucem əl-Muəllifin. 4 cilddə. Beyrut, 1993
12.Zirikli X. əl-Aləm.8 cild Beyrut, 2002
Nailə SÜLEYMANOVA,
Məqalə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə Tətbiqi Tədqiqatlar Fondunun reallaşdırdığı “Qərbi Azərbaycana qayıdış haqqı” layihəsi çərçivəsində hazırlanıb.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək