Tarix: 01-06-2016 21:15 | Bölmə: Cəmiyyət

"Əgər sən televiziya rəhbəri kimi cəmiyyətdə mövqe tutursansa demokratik cəmiyyətdə tənqidlərlə üzləşməyə, onları eşitməyə hazır olan şəxssən. Demokratik cəmiyyətdə hər kəsin ifadə azadlıqları var"
Reyting.az Koordinat.az-a istinadən xəbər verir
ki, Avropa Şurası və Avropa Birliyinin "Azərbaycanda ifadə azadlığı və media
azadlığı” layihəsi çərçivəsində diffamasiyaya həsr olunan dəyirmi masasına
qatılan media hüququ eksperti Gavin Millar AzadlıqRadiosuna belə deyib. O, bu
sözlərlə telekommunikasiya professoru, jurnalist Qulu Məhərrəmliyə qarşı məhkəmə
iddiasına münasibət bildirib.
Avropa Şurasının eksperti Qulu Məhərrəmliyə qarşı
məhkəmə iddiası qaldırmış AzTV-nin sədri Arif Alışanovu nəzərdə tutaraq
bildirib ki, vəzifədəki şəxslər belə məsələləri məhkəmədə mübahisələndirməkdən
çəkinməli və məhkəmədə həmin fikirlərə rəy bildirməməlidirlər: "Əksinə, səalhiyyətlərindən
yararlanıb, mediadan istifadə edib bu yanaşmanın nədən qaynaqlandığını göstərməlidirlər".
Xatırladaq ki, bu ilin fevralında Azərbaycanda
teleyayıma başlanmasının 60 illiyinə dair Qulu Məhərrəmlinin müsahibəsindəki
fikirləri təhqir və böhtan kimi dəyərləndirən AzTV rəhbəri telejurnalistə qarşı
ayrı-ayrılıqda iki məhkəmə iddiası irəli sürüb. Bunlardan birində (Yasamal
Rayon Məhkəməsində baxılan iddiada) Arif Alışanov keçmiş əməkdaşının CM-nin 147
və 148-ci (təhqir və böhtan) maddələriylə cinayət məsuliyyətinə cəlb olunmasını
istəyir.
O, digər iddia ərizəsində Qulu Məhərrəmlidən onun haqqında səsləndirdiyi fikirlərə görə 100 min manat təzminat tələb edir.
Birinci iddiyaya Yasamal rayon Məhkəməsində
baxılır. Yasamal Rayon Məhkəməsinin sözügedən iş üzrə
yekun qərarı çıxarılana qədər 100 minlik iddia əsasında proses dayandırılıb.
Mayın 31-də Bakıda diffamasiya və ifadə azadlığı sahəsində
Avropa təcrübəsi mövzusunda konfransda prezidentin köməkçisi Əli Həsənov isə deyib ki, 2009-cu ildən bəri
Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinin (böhtan və təhqir) tətbiqinə
moratorium qoyulub, heç kim bu maddələrə görə cinayət məsulyətinə cəlb edilmir.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək