40 min dollarlıq şərab şüşəsini oğurlayıblar - Foto
Tarix: 27-11-2025 15:42 | Bölmə: Cəmiyyət
40 min dollarlıq şərab şüşəsini oğurlayıblar

ABŞ-ın Virciniya ştatında qeyri-adi oğurluq hadisəsi baş verib.

Reyting.az
xəbər verir ki, “L’Auberge Provençale” restoranında şərab mütəxəssisi Kristian Borel tərəfindən zirzəmiyə ekskursiyaya aparılan bir cütlük çox bahalı şərab şüşələri ilə birlikdə yoxa çıxmağa cəhd edib.

Şərabla xüsusi maraqlanan qadın mütəxəssisə ard-arda suallar ünvanlayıb. Bu zaman uzun palto geyinmiş sevgilisi sakitcə şərab şüşələrini diqqətlə izləyib.

Ekskursiyadan sonra cütlük nisbətən ucuz bir şüşə şərab alaraq restoranı tərk edib. Lakin Boreldə narahatlıq yaranıb və o, dərhal zirzəmiyə qayıdaraq şüşələri yenidən sayıb.

Mütəxəssis həmin an qışqıraraq bildirib ki, cütlük ən bahalı “Romanée-Conti” şərabını oğurlayıb.



Ofisiantlar dərhal onların arxasınca qaçaraq cütlüyü avtomobillərinə minməzdən əvvəl saxlayıb və bahalı şərab şüşəsini geri alıblar.

Daha sonra polisə məlumat verilib. Polis bildirib ki, cütlük oğurluğu əvvəlcədən planlaşdırıb. Saxlanılan qadının 56 yaşlı Britaniya vətəndaşı Natali Rey olduğu müəyyən edilib.

Qeyd edək ki, oğurlanmış ən bahalı şərab şüşəsinin dəyəri 20–40 min dollar arasında dəyişir. Oğurlanmış digər iki şüşə isə bir qədər ucuz olub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər