Tarix: 01-12-2025 10:58 | Bölmə: Cəmiyyət

Tailandda tədqiqatçılar 550 minə yaxın qan nümunəsini araşdırıb və üç yerli sakində nadir B(A) qan fenotipi aşkara çıxarıblar. Bu fenotipdən olan insanlardakı qan əsasən B qrupuna aiddir.
Reyting.az-ın məlumatına görə, tədqiqatçılar deyiblər ki, ABO genində baş verən nadir dəyişikliklər səbəbindən eritrositlərdə cüzi A-oxşar işarələri yaranır və bu, standart testlərdə uyğunsuzluğa səbəb olur. Tədqiqatlarda belə hallar çox az, təxminən 0,00055 faiz və ya 180 min nəfərdən cəmi bir adamda rast gəlindiyi müəyyən edilib.
Tədqiqatçılar qrupundan olan tailandlı alimin sözlərinə görə, ola bilsin, belə nadir, həm də qədim qan qrupu fenotipi min illər əvvəl yaşayan insanlarda və ya hansısa tayfada olub.

Mütəxəssislərin fikrincə, ümumiyyətlə, elmi aləmində qəbul olunmuş nəzəriyyəyə görə, tamamilə mümkünsüz görünən, eyni zamanda mövcud olan və nadir qan qrupu sayılan B(A) fenotipi daşıyan bu insanlarla bağlı daha geniş araşdırmalar aparılmalıdır.
Tədqiqatçılar bildiriblər ki, bu cür ziddiyyətli elmi nəticələr zaman-zaman ortaya çıxdıqda, əvvəlcə, genetik testləşmə aparmaq vacibdir. Bu cür testlər insan genetikasının sirləri haqqında daha yeni və çox maraqlı elmi məlumatlar verə bilər.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək