Alimlər insan üçün faydalı şərab hazırlayıblar
Tarix: 01-12-2025 12:18 | Bölmə: Cəmiyyət

Yapon alimləri qədim şərab reseptlərinin müasir növ şərablardan üstün olduğunu sübut ediblər. Mütəxəssislər bildiriblər ki, qədim üzümdən şərab hazırlanması üsulu daha effektivli, eyni zamanda sağlamlıq üçün daha zərərsizdir.

Reyting.az xəbər verir ki, yerli bioloqlar qədim dövrdə tətbiq olunan üzümdən şərab istehsalı texnologiyasını ilk dəfə müasir dövrdə təkrar ediblər və onun təbii proseslər nəticəsində necə keyfiyyətli alkoqola çevrildiyini araşdırıblar.

Yaponiyalı alimlərin apardığı tədqiqat zamanı məlum olub ki, günəş şüalarının altında qurudulan üzümün səthində tədricən yabanı şəraitdə əmələ gələn maya göbələkləri toplanır və üzüm sadəcə, suya salındıqda, əlavə maya qatılmadan təxminən iki-üç gün ərzində onda fermentasiya başlayır.


Təcrübələr göstərib ki, əslində, qurudulma prosesi patogen mikroorqanizmləri məhv edir, əvəzində isə küləyin və həşəratların gətirdiyi dayanıqlı vəhşi mayalar üzümün üzərinə yerləşir. Beləliklə, steril şəraitdə qurudulan üzüm heç vaxt qıcqırmır. Yapon elm adamları xüsusilə vurğulayıblar ki, bu, şərab hazırlamaq üçün ən yaxşı, keyfiyyətli və təhlükəsiz üsuldur.

Alimlər bildiriblər ki, qədim karfagenlilərin, romalıların müxtəlif növlərdən olan turş və şirin üzümdən hazırladıqları və "passum" adlanan bu içki tamamilə təbii seçmə yolu ilə formalaşan unikal bir biotexnologiyaya əsaslanıb.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər