Tarix: 01-12-2025 16:12 | Bölmə: Cəmiyyət

Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş özəl bağçalara elektron portal üzərindən qeydiyyat prosesinə start verilib.
Reyting.az xəbər verur ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Məlumatda valideynlərə www.bq.edu.az portalı vasitəsilə övladlarını qeydiyyatdan keçirmələri tövsiyə olunub.
Qeyd edək ki, valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə keçirilən qrant müsabiqəsində 63 özəl məktəbəqədər təhsil müəssisəsi qalib olub və həmin müəssisələrin Azərbaycan bölməsində təhsil alan uşaqların aylıq təhsil haqqının 250 manat məbləğində olan hissəsinin dövlət tərəfindən qarşılanması, qalan məbləğin isə valideyn tərəfindən ödənilməsi nəzərdə tutulub. Qalib gəlmiş uşaqların aylıq təhsil haqqı və valideyn tərəfindən ödəniləcək məbləğlə müvafiq link vasitəsilə tanış olmaq mümkündür.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək