Bakı metrosunda 59 yaşlı kişi ölüb
Tarix: 02-12-2025 10:55 | Bölmə: Cəmiyyət


Bakı metrosunda 59 yaşlı kişi ölüb.

Reyting.az xəbər verir ki, hadisə dekabrın 1-i saat 07 radələrində metronun “Əhmədli” stansiyasında qeydə alınıb.

Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Elçin Babəli oğlu Babayevin halı stansiyada qəfil pisləşib. Təcili tibbi yardım briqadası gələnədək, o, vəfat edib.

Onunn infarktdan öldüyü güman olunur.

Araşdırmalar aparılır.





Bölməyə aid digər xəbərlər