Tarix: 02-12-2025 13:58 | Bölmə: Cəmiyyət

Bir müddət əvvəl Tarix Əliyev (Tolik) barəsində xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdu. Şikayətçi olan məhbus ailəsi iddia edirdi ki, Tarix Əliyev "TikTok" sosial şəbəkəsində bütün məhbus ailələrinə qarşı nalayiq ifadələr işlədib.
Məsələ Nərimanov Rayon Məhkəməsində araşdırılıb və müəyyən edilib ki, Tarix Əliyev paylaşımında bütün məhbus ailələrini nəzərdə tutmayıb. Həmçinin onun hərəkətlərində cinayət tərkibinin olmadığına görə şikayətin icraata qəbul edilməsindən imtina olunub.
Tarix Əliyevin vəkili Ramil Vəliyev açıqlamasında bildirib ki, xüsusi ittihamçı həmin qərardan apellyasiya şikayəti verib. Apellyasiya instansiyası şikayəti araşdıraraq əsas görmədiyi üçün Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.(patrul.az)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək