Tarix: 02-12-2025 17:58 | Bölmə: Cəmiyyət

Cəlilabad rayonunda yanğın başlayıb.
Reyting.az xəbər verir ki, alov su-bataqlıq ərazisində yerləşən ovçuluq təsərrüfatının qamışlıq və quru ot örtüyündə başlayıb.
Yanğın küləyin təsiri ilə sürətlə genişlənib və tüstü bir neçə kilometr məsafədən görünür.
Əraziyə Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hazırda alovun ətraf ərazilərə yayılmaması və lokallaşdırılması istiqamətində tədbirlər görülür. Hadisənin səbəbi araşdırılır.
***
Cəlilabad rayonu ərazisində yerləşən su-bataqlıq ərazilərindən birində yerləşən ovçuluq təsərrüfatında baş verən yanğın söndürülüb.
Məlumata görə, yanğın nəticəsində 5 hektar sahədə quru ot və qamışlıq sahə yanıb.
Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğınla bağlı araşdırma aparılır.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək