Tarix: 02-12-2025 15:44 | Bölmə: Cəmiyyət

Rusiyada “Porsche” avtomobillərinin sahibləri maşınlarının peyk vasitəsilə bloklanması ilə üzləşiblər.
Reyting.az xəbər verir ki, “Rolf” diler mərkəzinin məlumatına görə, noyabrın 28-dən etibarən standart siqnalizasiya sisteminin kütləvi şəkildə sıradan çıxması səbəbindən xidmətə müraciətlərin sayı artıb. Sürücülər Moskva, Krasnodar və Rusiyanın digər şəhərlərindən oxşar şikayətlər ediblər.
Qeyd olunur ki, bütün modellərdə peyk əlaqəsi kəsilib və proses bu templə davam edərsə, istənilən avtomobil bloklana bilər.
Məlumata görə, bloklamanı yalnız siqnalizasiya sistemini söküb yenidən işə salmaqla aradan qaldırmaq mümkündür. Lakin problemin səbəbi hələ də məlum deyil. Bundan əlavə, dekabr ayında problemin həll ediləcəyi ilə bağlı verilən vədlər də özünü doğrultmayıb. Bir çox rusiyalıların fikrincə, bu vəziyyət böyük ehtimalla qəsdən yaradılıb.
“Mercedes-Benz” avtomobillərində də oxşar hallar qeydə alınıb, lakin həmin avtomobillər tam bloklanmır.
Xatırladaq ki, “Porsche” 2022-ci ildən etibarən Rusiyaya rəsmi tədarükü dayandırsa da, şirkət bazarı tam tərk etməyib.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək