Tarix: 03-12-2025 08:53 | Bölmə: Cəmiyyət

Hindistan hökuməti istehsalçılara 90 günə qədər vaxt verib ki, dövlətin təqdim etdiyi "Sanchar Saathi" tətbiqini ölkədəki bütün smartfonlarda əlçatan etsinlər. Şərtə görə, bu yerli proqram həm yeni, həm də istifadə olunan cihazlarda qurulmalı və silinməməlidir.
Reyting.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, Hindistanın tətbiqi kibercinayətkarlıqla mübarizə, oğurlanmış telefonların tapılması və dövlət xidmətləri haqqında məlumat vermək üçün nəzərdə tutulub. Üstəlik, "Sanchar Saathi" vasitəsilə artıq 700 min itirilmiş və ya oğurlanmış telefonun məlumatları bərpa olunub.

Hindistanın əsas müxalifət partiyaları, eyni zamanda hüquq müdafiəçiləri dövlətin bu qərarını "antikonstitusion" adlandırıblar. Ölkə müxalifətinin təmsilçiləri bununla bağlı çox kəskin açıqlamalar veriblər. Böyük narahatlıq keçirən Hindistan müxalifətinin iddiasına görə, hökumət yerli tətbiqdən xüsusi məqsədlərlə vətəndaşlara nəzarət üçün istifadə edəcək.
Qeyd olunur ki, "Apple" bu tələbi yerinə yetirməməyi planlaşdırır və narahatlıqlarını hökumətə çatdıracaq.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək