Tarix: 03-12-2025 23:43 | Bölmə: Cəmiyyət

Bakı şəhəri və Abşeron yarımadasında illərdir ki, aparılan qanunsuz tikililər indi vətəndaşları çıxılmaz vəziyyətdə qoyub.
Həmin ərazilərdə tikinti aparmağa icazə verilmir, kənd təsərrüfatı üçün isə yararsız sayılır.
Xezerxeber.az-ın məlumatına görə, illər əvvəl belə sahələri alıb yaşayış evi tikən sakinlər indi həmin ərazilərin sənədləşdirilməsində ciddi problemlərlə üzləşiblər.
Ərazilər hissələrə bölünürək satıldığından yerdə qalan torpaq kiçik sahələr olaraq qalıb. Nəticədə belə ərazilərdə nə əkin-biçin, nə də heyvandarlıq üçün istifadə əlverişlidir.
Ekspert Elnur Fərzəliyev deyir ki, heç bir hüquqi əsas yoxdursa, həmin torpaqlar "boş qalan sahə" kimi qalır və onun gələcək taleyi dövlət tərəfindən hazırlanan torpaq idarəçiliyi planına uyğun müəyyən edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək