Tarix: 03-06-2016 15:54 | Bölmə: Cəmiyyət

2017-ci tədris ili üçün Azərbaycanda müəllimlərin yerdəyişməsi üzrə müsabiqəyə 3091 vakant yer təqdim olunub.
Təhsil Nazirliyindən apa-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 563 vakansiya Bakı şəhərini, digərləri isə bölgələri əhatə edir. İbtidai sinif, kimya, biologiya və fizika fənləri üzrə vakansiyalar üstünlük təşkil edir.
Qeyd edək ki, iyunun 1-dən Təhsil Nazirliyi respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqəyə başlayıb. Elektron ərizələrin qəbulu 12 iyun tarixinədək aparılacaq.
Ötən illərdən fərqli olaraq, müsabiqənin keçirilməsi qaydalarında bir sıra dəyişikliklər edilib. Belə ki, bu il müsabiqə çərçivəsində vakant yerlərin seçimi test imtahanlarından sonra aparılacaq. Namizədlərə 4 vakant yer seçmək imkanı verilib.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək