Tarix: 11-12-2025 08:35 | Bölmə: Cəmiyyət

ABŞ-da aparılan araşdırmalara görə, ölkədə hər üç yeniyetmədən biri mütəmadi süni intellekt texnologiyalarından, eləcə də çatbotlardan istifadə edir.
Reyting.az-ın məlumatına görə, araşdırmaya əsaslanaraq "TechCrunch" saytında yazılan məqalədə qeyd olunur ki, amerikalı yeniyetmələrin əksəriyyətinin süni intellekt asılılığı var.
"Pew Research Center" sosial araşdırmalar mərkəzinin hazırladığı statistik hesabata görə, sanki ABŞ yeniyetmələrinin əsas hədəfi real zamandan önə çıxmaqdır. Onlar gündəlik rəqəmsal həyatlarını getdikcə gücləndirir ki, bu da çox böyük təşvişə səbəb olur, həmçinin təhlükəsizliklə bağlı narahatlıqları artırır.
Aparılan yeni sorğu zamanı məlum olub ki, yeniyetmələrin 97 faizi hər gün internetə daxil olur, 40 faizi isə "demək olar ki, daim" internetdədir.
İA-çatbotlar da onların rutininə daxil olub: hər üç yeniyetmədən biri gündəlik istifadə edir, 4 faizi isə demək olar ki, fasiləyə çıxmır. Hazırda ABŞ-da ən populyar, gündəlik istifadə edilən xidmətlər "ChatGPT" (59%), "Google Gemini" (23%) və "Meta AI" (20%) məhsullarıdır.
İstifadə göstəriciləri irqi, yaş, həmçinin ailə gəlirlərinə görə dəyişir. Afroamerikalı və latın yeniyetmələr çatbotlardan daha aktiv istifadə edirlər. Lakin yüksək gəlirli ailələrdə "ChatGPT" daha populyardır, aşağı gəlirli ailələrdə isə ancaq "Character.AI" proqramına üstünlük verirlər.
Mütəxəssislər bildiriblər ki, get-gedə artan istifadə fonunda risklər də gündəmə gəlir. Xüsusi vurğulanır ki, dəfələrlə "OpenAI" ilə "Character.AI" yeniyetmələrin intihar halları ilə əlaqəli məhkəmə iddialarına və tənqidlərə cavab verməyə məcbur olub.
Məlumata görə, zərərli təsirlər səbəbindən "Character.AI" artıq öz xidmətini azyaşlılar üçün məhdudlaşdırmaq məcburiyyətində qalıb.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək