Tarix: 12-12-2025 11:33 | Bölmə: Cəmiyyət

Dələduzluqda etməkdə təqsirləndirilən sahibkar Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Reyting.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
İş üzrə zərərçəkən 3 nəfərdən ikisi - Fərrux Ələkbərov və Pərviz Səlimov prosesdə iştirak edib. P.Səlimov vəkillə müqavilə bağlaya bilmədiyini əsas gətirərək iclasın təxirə salınmasını xahiş edib.
Dövlət ittihamçısı da iclasın təxirə salınmasını istəyib.
Proses dekabrın 19-na təxirə salınıb.
Qeyd edək ki, Zamiq Xankişiyev 3 nəfərin 500 min manatdan artıq pulunu ələ keçirməkdə ittiham olunur. Şirkət rəhbəri zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən tutulub.
Zamiq Xankişiyev əvvəl həbs edilsə də, sonradan ziyanın bir hissəsini ödədiyi üçün barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Zamiq Xankişiyevin Xırdalan dəmir yolu stansiyasının keçmiş rəisi Fəyyaz Xankişiyevin oğlu olduğu bildirilir.
F. Xankişiyev 2014-cü ildə yol verdiyi ciddi nöqsanlara və maddi ziyana görə vəzifəsindən azad edilib.
Z. Xankişiyev bahalı avtomobil kolleksiyasını sosial şəbəkələrdə nümayiş etdirməsi ilə də məşhurlaşıb.
Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək